Bu küçələrin kəsişməsində qəza şəraiti yaranır, piyada keçidlərinə ehtiyac var VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücülərin və piyadaların təhlükəsizliyinin təmin edilməsi, sərnişindaşımada keyfiyyətin yüksəldilməsi istiqamətində işlərini davam etdirilir.
Nərimanov prospekti, M.Müşfiq və Q.Xəlilov küçələrinin kəsişməsində müvafiq təhlillər aparılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, sözügedən kəsişmədə Q.Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən M.Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında mübahisəli vəziyyət yaranır. Bu da yol kəsişməsində mütəmadi olaraq qəza vəziyyətlərinin, həmçinin sıxlıq hallarının yaranmasına gətirib çıxarır.
Bundan əlavə, yolayırıcının hüdudları boyunca piyada keçidlərinin olmaması müəyyən edilib.
Sadalanan çatışmazlıqlar qeyd edilən yol kəsişməsində hərəkət sıxlığına səbəb olmaqla yanaşı yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















