Piyada qəza şəraiti yaratdı...
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Heç kimə sirr deyil ki, bəzi piyadalar tez- tez yol hərəkəti qaydalarını pozur və təyin olunmuş yerlərdən keçmirlər! Sanki onlar heç nəyi nəzərə almadan özlərinin və başqalarının həyatını təhlükə altına qoyurlar! Hələ bu azmış kimi qanunu pozub yol keçərkən mobil telefonla danışır və qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradır.
Belə ki, noyabrın 10- da saat 15:30- da Qara Qarayev prospektində biz əyləşdiyimiz avtomobillə gedərkən təyin olunmamış yerdən keçən piyada mobil telefonla danışa-danışa maşının qabagına çıxdı. Əgər sürücü aşağı sürətlə avtomobili idarə etməsəydi və əyləci basmasaydı, əyləc də nasaz olsaydı birmənalı olaraq piyadanı vuracaqdı. Hansı ki, həmin yer təyin olunmayan yer idi, orda nə piyada zolağı vardı, nə də işıqfor! Belə yerdə deyirlər ki, adamı Allah qoruyur! Allahın sürücüyə və piyadaya yazığı gəldiyinə görə, bədbəxt hadisə xoşbəxtlikdən baş vermədi! Sonradan piyadanın peşmançılıq hissi keçirdiyini gördük və ona iradımızı bildirdik.
O da dedi ki, fikirli idim , məni bağışlayın ! Bəs onda mobil telefonla niyə danışırdınız?- deyə soruşduqda bir söz demədi və çıxıb getdi. Görünən o idi ki, piyada nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmışdı. Ona görə də hər bir hərəkət iştirakçısı zəhmət çəkib mövcud qanunlara əməl etməlidir! Ki avtomobil yollarında qəzalar baş verməsin, ölüm və xəsarətalma halları olmasın! Həm sürücülər, həm də piyadalar diqqətli olmalıdırlar!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















