Yasamaldakı əsas küçədə bu səbəbdən qəza şəraiti yaranır FOTOSESSİYA VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın əhali sıxlığı daha çox müşahidə edilən ərazilərində piyada zolaqlarının təşkili ilə bağlı problemlər hələ də sakinləri narahat edir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda “zebra”ların yenilənməməsi ərazidə yaşayan vətəndaşlarda narazılıq yaradıb.
Belə ki, rayonun Kamal Rəhimov küçəsində bir ümddət əvvəl yekunlaşan asfalt örtüyünün yenilənməsi işlərindən sonra ərazidə nişanlama və xətləmə işləri aparılmayıb. Bu vəziyyət isə sürücülər və piyadalar üçün çətinliklər yaradır, həmçinin yol hərəkətinin təhlükəsizliyinə də mənfi təsir göstərir.
Eyni zamanda, Abbas Mirzə Şərifzadə küçəsinin 3 saylı Bakı ASAN Xidmətə doğru gedən istiqamətdə piyada keçidləri ilə bağlı da bənzər problemlər müşahidə edilir. Burada da yol xətləri pozulub yenidən nişanlanma işlərinin aparılmasına ehtiyac var. Ərazidəki vəziyyətin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu küçənin rayonun əsas yollarından biri olması, hər gün minlərlə nəqliyyat vasitəsinin və sərnişinin bu yoldan istifadə etməsi vəziyyəti daha kritik edir. Sakinlər isə “zebra”ların çəkilməməsi, yaxud silinməsi səbəbilə avtomobillərin bir çox hallarda onlara yol verməməsindən şikayət edir.
Həmin videonu sizə təqdim edirik:
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















