Icma.az
close
up
RU
Bu maaşla nə elmi fəaliyyət, nə də normal yaşam mümkündür Ekspert

Bu maaşla nə elmi fəaliyyət, nə də normal yaşam mümkündür Ekspert

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Statistik göstəricilər sübut edir ki, ölkəmizdə elmin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır".

"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir:

"2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni, inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür, biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik. Digər böyük problem elmi kadrların sosial rifahıdır. Elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir. Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşam. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər".

Ekspert qeyd edib ki, Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da, bu artım daha çox formaldır: "Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır. Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Hökumət son illərdə müəyyən addımlar atıb. “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa, sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq. Bu gün elm adamları üçün dəyişiklik lazımdır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see151

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see144

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see135

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? DOSYE

30 İyun 2025 18:56see132

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see132

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see129

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see129

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see127

Evdən döyülərək çıxarıldılar Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI

01 İyul 2025 01:07see126

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see124

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see123

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see121

Ağ Ev: Aİ rəqəmsal vergidən imtina etməsə, ABŞ cavab tədbirləri görəcək

30 İyun 2025 20:41see121

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see121

Ağ Ev: TikTok un satışı ilə bağlı Çinlə danışıqlar yüksək səviyyədə aparılır

01 İyul 2025 02:53see121

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see120

17 yaşlı Kadırovun toyuna kimlər gedib?

30 İyun 2025 23:43see117

“Qarabağ”dan böyükhesablı qələbə

30 İyun 2025 21:08see116

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see115

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri