Icma.az
close
up
RU
“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə media nümayəndələrinə açıqlamasında bildirib ki, özünü “təhsil eksperti” kimi təqdim edənlərin əksəriyyəti əslində təhsil sahəsində ödənişli xidmət göstərən şəxsi maraqlı biznes nümayəndələridir.Sizcə, təhsil ekspertinin meyarları nə olmalıdır?Bu iddialara qatılırsınızmı?Təhsil ekspertinin biznesi olmamalıdırmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, “təhsil eksperti” mövzusu əsasən müəyyən dövrlərdə, adətən ildə bir neçə dəfə mediada ön plana çıxarılır: “Bizdə “təhsil eksperti” anlayışı uzun müddətdir yanlış çərçivədə müzakirə olunur. Ekspertlik nə rəsmi vəzifədir, nə də yalnız müəyyən illərin sayına bağlanan titul. Təhsil eksperti dedikdə, təhsil sistemini anlayan, onun problemlərini analiz edə bilən, proseslərə tənqidi yanaşan və cəmiyyət üçün alternativ baxış ortaya qoya bilən şəxs nəzərdə tutulmalıdır. Bu, yalnız bir qurumda işləməklə və ya hansısa strukturun içində olmaqla məhdudlaşa bilməz.

Son illər diqqət çəkən məqamlardan biri də odur ki, “təhsil eksperti” mövzusu əsasən müəyyən dövrlərdə, adətən ildə bir neçə dəfə mediada ön plana çıxarılır. Halbuki sistemin gündəlik və daha fundamental problemləri var ki, ictimai müzakirələrdə bu məsələlərə daha çox yer ayrılması daha faydalı olardı”.

Əmrah Həsənli

Əmrah Həsənli vurğulayıb ki, problem biznesin özündə yox, onun hansı metodlarla aparılmasındadır: “Ekspertin əsas meyarı, onun dediyi fikrin məzmunudur. Sözünün arxasında elmi əsas, praktik müşahidə, sistemli yanaşma və məsuliyyət olmalıdır. Cəmiyyətə təsir edən fikirlər populizm üzərindən yox, arqument üzərindən qurulmalıdır. Əgər bir şəxs təhsil sahəsində baş verənləri düzgün oxuya, nəticələri analiz edə və real təkliflər verə bilirsə, bu, onun ekspertliyini müəyyən edən əsas göstəricidir.

Məleykə Abbaszadənin səsləndirdiyi fikirlərə qismən qatılıram, qismən isə yox. Təhsil sahəsində ödənişli xidmət göstərən şəxslərin olması faktdır və bu, qanunvericilik baxımından problem deyil. Amma ödənişli fəaliyyət göstərmək avtomatik olaraq insanı nə ekspert edir, nə də ekspertlikdən çıxarır. Problem biznesin özündə yox, həmin biznesin necə və hansı metodlarla aparılmasındadır. Əgər kimsə şəxsi maraqları naminə sistemi gözdən salır, qeyri-real vədlər verir, cəmiyyətdə yanlış gözləntilər formalaşdırırsa, bu da artıq etik və peşəkar yanaşma deyil”.

Əmrah Həsənli qeyd edib ki, təhsil sistemində etimadın qorunması üçün ilk növbədə daxili problemlər aradan qaldırılmalıdır: “Təhsil eksperti mütləq şəkildə bizneslə məşğul olmamalıdır deyə bir qayda yoxdur. Dünyada da, region ölkələrində də təhsil sahəsində fəaliyyət göstərən, eyni zamanda təlim, məsləhət, tədqiqat xidməti göstərən çoxsaylı ekspertlər var. Burada əsas məsələ maraqların toqquşmamasıdır. Yəni ekspert mövqeyi şəxsi qazanc alətinə çevrilməməlidir. Ekspert fikri obyektivliyini itirirsə, o zaman istər biznesi olsun, istər olmasın, həmin mövqe etibarını itirir.

Daha vacib bir məqam isə budur ki, biz problemi yalnız kənarda axtarmamalıyıq. Əgər sistemin içində olan şəxslər öz adlarından və əvvəlki statuslarından istifadə edərək qeyri-etik fəaliyyət göstərirlərsə, bu hallara da eyni həssaslıqla yanaşılmalıdır. Təhsil sistemində etimadın qorunması üçün ilk növbədə daxili problemlər açıq şəkildə etiraf edilməli və aradan qaldırılmalıdır.

Ekspertlər ətrafında yaranan bu müzakirələrin vaxtaşırı gündəmə gətirilməsi mövzunu aktuallaşdırsa da, əsas hədəf diqqəti şəxslərdən çox, sistemin özündə mövcud olan problemlərə yönəltmək olmalıdır.

Təhsil eksperti anlayışı nə bizneslə demonizə olunmalıdır, nə də formal meyarlarla daraldılmalıdır. Əsas olan dürüst mövqe, məsuliyyətli söz və cəmiyyət qarşısında cavabdehlikdir. Bu prinsiplər qorunmadıqda, istənilən titul və ya status mənasını itirir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri