Bu, Maliyyə Nazirliyinə həvalə edildi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan səhmdar cəmiyyətlərə şamil edilmir.
Qərar dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarına, gəlir və xərc smetalarının icrasının monitorinqinə, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaları təsdiqləyən Prezidentin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Noyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















