ABŞ nin ilk qaradərili, gey və qadın senatorları
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də keçirilən son seçkilər Donald Trampın partiyası üçün gözlənilən qədər uğurlu keçməsə də, ölkənin siyasi tarixi baxımından diqqətçəkən məqamlarla yadda qalıb.
“Yeni Sabah” xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, fərqli irqi, sosial və peşəkar qrupları təmsil edən 9 namizəd öz sahələrində bir "ilk"ə imza ataraq adlarını tarix kitablarına yazdırıblar.
Seçki qalibləri arasında Qəzzada mülki şəxsləri müalicə edən keçmiş ordu cərrahı Adəm Həmavi Nyu-Cersi ştatından Konqresə seçilən ilk müsəlman nümayəndə olub. 29 yaşlı Melat Kiros Kolorado ştatından Nümayəndələr Palatasına seçilən ilk qaradərili qadın ünvanını qazandığı halda, Kişa Lans Botts Corciya ştatının ilk qaradərili qadın qubernatoru seçilərək böyük zəfərə imza atıb. Pepperoni pizza
Ölkə miqyasında qeydə alınan digər tarixi nəticələrdə Kris Pappas Nyu-Hempşirdən ABŞ Senatına seçilən ilk açıq gey senator, Abdul Əl-Sayed Miçiqandan seçilən ilk müsəlman senator, Peqqi Flanaqan isə Minnesotadan Senata daxil olan ilk yerli amerikalı qadın kimi tarixə düşüb. Bundan başqa, Deb Haland Nyu-Meksikoda ilk yerli amerikalı qadın qubernator, Gina Hinojoza Texas ştatının ilk latın amerikalı qadın qubernatoru, Bayron Donalds isə Floridanın ilk qaradərili qubernatoru olaraq siyasi arenada yeni səhifə açıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Noyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















