Icma.az
close
up
RU
Bu marketinq hiylələri ilə alıcılar aldadılır AÇIQLAMA

Bu marketinq hiylələri ilə alıcılar aldadılır AÇIQLAMA

Icma.az bildirir, Metbuat portalına istinadən.

Marketlərdə adətən görürük ki, hansısa məhsulun adı başqa, tərkibi isə tamam başqadır. Məsələn, “bal” adı ilə satılan bəzi məhsulların tərkibində bal siropu və ya digər şəkərli maddələr var. Belə başqa məhsulları da misal göstərmək olar ki, aldadıcı adlarla istehlakçıları yanıltmağa çalışırlar. Bəs bu vəziyyətin qarşısını necə almaq olar?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda malların adının dəyişdirilməsi, brend mallara oxşadılması çox böyük yayılmış istehlakçı problemidir:

“Təkcə ərzaq mallarında deyil, bir çox sahələrdə buna rast gəlmək mümkündür. Ötən gün bizə telefonla gələn şikayətdə bildirilir: “Hundai” dükanları yazılıb. Biz də elə bilirik ki, orada orijinal avtomobillər hissələri satılır, lakin içəridə saxta hissələr satılır”. Azad İstehlakçılar Birliyi bununla bağlı xeyli iş aparıb və təəssüf ki, bazarda vəziyyət dəyişməyib. Yaxud “Lukoil”in adını oxşar formada edirlər, əhali elə bilir ki, əsl “lukoil” benzinləridir. “Panasonic”in adını “panatonic”, “pafofonic” və s. Edib satırlar. Bu yaxınlarda mənə şikayət edirlər ki, “LG” mallarının da saxta variantları istehsal olunub. Eləcə də bu, qida məhsullarında mövcuddur”.

Sədr qeyd edib ki, qanun qadağan etdiyi hallarda belə Azərbaycanda qeydiyyata alınmış müəyyən ticarət markaları bəzən istehlakçıların hüquqlarını pozurlar, onları aldatmaq üçün müəyyən marketinq həyata keçirirlər:

“Məsələn, bizim ofisimizdə üzərində arı şəkli olan ballar var ki, arı ilə heç bir əlaqəsi olmayan naməlum paraşoklardan əmələ gəlib. Ölkədə neçə ildir süni kürü satılır. Xarici ölkələrdən gələnlər Azərbaycanı “kürü ölkəsi” hesab edirlər, ucuz qiymətə alırlar. Azad İstehlakçılar Birliyi çox çətinliklə onun üzərindən nərə balığının şəklini yığışdırmağa nail oldu. Lakin Rusiyadan bu cür süni kürülər gətirilir. İlk baxışda, hətta yeyəndə belə onu ayırd etmək çox çətindir”.

E.Hüseynov tövsiyə edib ki, xüsusən ərzaq dükanlarında insanlar bu zülallarla rastlaşanda mütləq dövlət orqanlarına məlumat versinlər:

“Qida Təhlükəsizliyi Agentliyi daim etiket məlumatları ilə malın tərkibini, araşdırma işini aparır və bu sahədə xeyli irəliləyiş var. Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar telefon xətti ilə məlumat verə bilərlər. Sənaye mallarında da belə problemlər var. Məsələn, İvanovka kəndinin Azərbaycanda üç dükanı var, lakin Bakıda iyirmiyə qədər “İvanovka” adlı dükan mövcuddur. Belə hallarda isə vətəndaşların İqtisadiyyat Nazirliyinin 195 qaynar telefon xəttinə məlumat vermələrini tövsiyə edirəm”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Yanvar 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri