Icma.az
close
up
RU
“70% endirim” tələsi: Alıcılar necə aldadılır?

“70% endirim” tələsi: Alıcılar necə aldadılır?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son illər böyük faizlərlə elan olunan endirim kampaniyaları istehlak bazarında ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. “70% endirim”, “yalnız bu gün”, “son şans” kimi çağırışlar alıcıların diqqətini cəlb etsə də, bir çox hallarda qiymətlərin əvvəlcədən süni şəkildə artırılması və ya endirimin real bazar dəyərini əks etdirməməsi iddiaları gündəmə gəlir. Bu isə saxta və manipulyativ satış strategiyaları ilə bağlı narahatlıqları artırır.

Dünya təcrübəsi göstərir ki, bir sıra ölkələrdə bu cür hallar olsa da eyni zamanda buna qarşı ciddi nəzarət mexanizmləri tətbiq olunur. Məsələn, ABŞ-də Federal Ticarət Komissiyası (FTC) satıcıların “əvvəlki qiymət”i sübut etməsini tələb edir və saxta endirim hallarında cərimələr tətbiq edir. Almaniyada və digər Avropa İttifaqı ölkələrində isə qiymət endirimi elan edilərkən məhsulun son 30 gün ərzində tətbiq olunan ən aşağı qiyməti əsas götürülməlidir.

Ekspertlər bildirirlər ki, saxta endirim kampaniyaları qısamüddətli satış artımı yaratsa da, uzunmüddətli perspektivdə bazarda etimadı zəiflədir. Bu səbəbdən bir çox ölkələrdə reklam və satış strategiyalarına dair şəffaflıq tələbləri gücləndirilir və pozuntulara görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Qida məhsulları üzrə mütəxəssis Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların maddi məhsul şəxsinin imzası olan qiymət sənədi olmalıdır:

“Lakin Azərbaycanda satılan malların 90 faizinin üzərində rəsmi sənəd yoxdur. Bunu bilən alıcı sənəd tələb edərsə, böyük ehtimalla, satan tərəf "müdir burada yoxdur", "sənəd mühasibdədir" kimi bəhanələrlə tələbdən yayınacaq. Nə qədər ki, mallar sənədsiz satılır vergidən yayınmalar istehlakçıların hüquqlarının pozulması halları davam edəcək”.

Mütəxəssis bildirib ki, böyük endirimlərin tətbiqi bütün dünyada var azərbaycanda da bu müşahidə olunur:

“Süni qiymət endirimi kimi yalan endirim kompaniyalarını dövlətin  biznesə dəstək proqramlarından sui-istifadə halı hesab edirəm. Məsələ budur ki, rəsmi sənəd göstərilmədiyi üçün malların üzərində əvvəl istədikləri şişirdilmiş rəqəmləri yazıb sonra isə "fantastik endirim" təklif edirlər.

Bu qanun pozuntusunu dünyanın hər yerində müşahidə etmək mümkündür. Amma bu o deməkdir ki real endirim olmur. Sadəcə, onun həqiqi endirim olduğunu müəyyən edə bilmək lazımdır”. 

Eyyub Hüseynov qeyd edib ki, marketoloqların istehlakçıları tələyə salmaq üçün minlərlə üsulları var:

Onlardan biri də haqqında danışdığımız endirim kampaniyalarıdır.

Süni qiymət endirimini aşkar edən alıcını vətəndaş həmrəyliyinə çağırıram. 012-599-76-00 nömrəsi ilə Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə məlumat verilməlidir.

Təəssüf edirəm ki, bu qurum da effektiv işləyə bilmir. Çünki proseduru icra etmək üçün bürokratik əngəllər var. Əvvəl Agentlik özü Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir və irəli gələn digər işləri icra etməlidir ki, satan şirkəti yoxlaya bilsin”.

Ekspert bildirib ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun 1995-ci ildə qəbul olunub: “Qanunda hansı dəyişiklik aparılıbsa, istehlakçısının zərəri ilə nəticələnib.

Bu problemi 27 fevral 2025-ci ildə Milli Məclisdə Ombudsmanın  hesabatında səsləndirmişəm. Həmçinin həmin ilin 3 martında Milli Məclisin İnsan hüquqları komissiyasında, Ombudsmanın illik hesabatında eyni fikri səsləndirmişəm. 

Hazırda sözügedən qanun bazarı tənzimləmək iqtidarında deyil və mütləq yenilənməlidir”.

Azərbaycanda istehlakçı hüquqlarının pozulması hallarında satıcı və xidmət göstərən şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. Məsələ, əsasən, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Qanunvericiliyə görə, keyfiyyətsiz və ya saxta məhsulun satılması, istehlakçının aldadılması (qiymət, çəki, ölçü və ya məhsulun tərkibi barədə yanlış məlumat verilməsi), habelə nəzarət-kassa aparatından istifadə etməmək inzibati xəta hesab olunur və bu hallarda satıcıya maliyyə cəriməsi tətbiq edilir.

Cərimənin məbləği pozuntunun xarakterindən və subyektin – fiziki, vəzifəli və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir.

Mövcud qanunvericiliyə əsasən, istehlakçıların aldadılması və digər ciddi pozuntulara görə fiziki şəxslər üçün maksimum cərimə 500 manat, vəzifəli şəxslər üçün 2 000 manatadək, hüquqi şəxslər üçün isə 6 000 manatadək nəzərdə tutulur.

Bundan əlavə, istehlakçıya maddi və ya mənəvi zərər dəyərsə, satıcı dəymiş zərəri ödəməyə borcludur. İstehlakçı qüsurlu məhsulun dəyişdirilməsini, qiymətin azaldılmasını, qüsurun aradan qaldırılmasını və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər.

Ağır nəticələrə səbəb olan hallarda – məsələn, saxta məhsulun sağlamlığa ciddi zərər vurması və ya kütləvi təhlükə yaratması zamanı – məsələ cinayət məsuliyyəti müstəvisində araşdırıla bilər.

Qeyd edək ki, ölkədə istehlakçı hüquqlarına nəzarət funksiyasını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri