Icma.az
close
up
RU
Supermarketlərdə qiymət oyunu Alıcılar necə aldadılır?

Supermarketlərdə qiymət oyunu Alıcılar necə aldadılır?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər bəzi satış məntəqələrində endirimdə göstərilən məhsulların kassada əvvəlki – daha yüksək qiymətlə hesablanması halları müşahidə olunur. Bu zaman alıcılara bildirilir ki, endirim müddəti başa çatıb. Vətəndaşlar belə halların mütəmadi təkrarlanmasından narazılıq edirlər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür halların geniş yayıldığını və istehlakçı hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib:

“Müasir supermarketlər və texnologiyalar yayıldıqca, texniki vasitələrlə istehlakçıların aldadılması da artır. Ən ciddi məsələlərdən biri odur ki, rəfdə məhsulun qiyməti aşağı göstərilir, lakin kassada daha yüksək qiymət çıxır. Bu, açıq şəkildə istehlakçı hüquqlarının pozulması və gizli qiymət artımıdır. Təəssüf ki, bu problem son 10-18 ildə çox geniş yayılıb və hökumət bu istiqamətdə hələ də ciddi addımlar atmır”.

Ekspertin sözlərinə görə, bu cür hallarla üzləşən istehlakçıların ilk növbədə hüquqlarını bilməsi vacibdir:

“Alıcı rəfdə gördüyü qiymətlə məhsulu almağa haqlıdır. Əgər kassada daha yüksək məbləğ hesablanıbsa, təlaşa düşməsin, məhsulun və qiymət etiketinin şəklini çəksin, daha sonra mağaza rəhbərliyinə iradını bildirsin. Əksər hallarda həmin anda məsələ düzəldilir və səhv olduğunu etiraf edirlər. Əgər problem həll olunmazsa, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət göndərmək olar".

Eyyub Hüseynov qeyd edir ki, bu cür hallara yalnız qiymət etiketi ilə məhdudlaşmayan, daha irimiqyaslı aldatmalar da daxildir:

“Məsələn, bizə edilən bir şikayətdə vətəndaş 86 qəpiyə badımcan alıb, lakin kassada ona 36 manatlıq ekzotik meyvənin qiyməti tətbiq edilib. Əgər çekini və SMS-i yoxlamasaydı, bu aldatmadan xəbərsiz qalacaqdı. Qabıqlı qoz alırsan, amma kassada onu ləpə qozun yəni daha bahalı məhsulun qiyməti ilə hesablayırlar".

Ekspert kartla ödəniş zamanı xüsusilə diqqətli olmağı tövsiyə edir:

“İstehlakçılar mağazanı tərk etməzdən əvvəl kartlarına gələn SMS-i və kassa çekini mütləq yoxlasınlar. Hər hansı uyğunsuzluq aşkarlandıqda dərhal irad bildirilsin və məsələ yerindəcə həll olunsun. Çünki bəzi hallarda almadıqları məhsul da onlara ödətdirilir.”

Eyyub Hüseynov əlavə edib ki, bu cür hallar nəticəsində vətəndaşlar hər il yüz milyonlarla manat vəsait itirirlər:

“Azərbaycan istehlakçıları yalnız almadıqları mallara görə ildə 500 milyon manata yaxın vəsait ödəyirlər. Məsələn, Bakının Nizami küçəsində yerləşən mağazaların birində bir il ərzində 100 manat dəyərində aldatma cəhdi qeydə alınıb”.

Eyyub Hüseynov sonda vətəndaşlara çağırış edərək bildirib ki, belə hallarla rastlaşdıqda passiv qalmamaq, haqlarını tələb etmək və qanuni prosedurlarla irad bildirmək lazımdır.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri