Icma.az
close
up
RU
Bu məbləğ aztəminatlı ailələr üçün böyük yükdür İqtisadçı

Bu məbləğ aztəminatlı ailələr üçün böyük yükdür İqtisadçı

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Məlum olduğu kimi, oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. Gediş haqqının bahalaşması təqaüdçü, tələbə və gündəlik nəqliyyatdan istifadə edən insanları çətin vəziyyətlə üz-üzə qoyur. Ailənin dörd üzvünün də gündəlik nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, onların ümumilikdə bir günlük yol xərci 16-19 manata qədər gəlib çıxır. Bu məbləğ təbii ki, aztəminatlı ailələr üçün böyük yükdür. Aylıq qazancı 500-600 manat olan insanların gündəlik bu qədər məbləqi yolpuluya verməsi, onların onsuzda ağır olan sosial vəziyyətini daha da ağırlaşdırır”.

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunu nəzərə alaraq tələbə və təqaüdçülər üçün müəyyən güzəştlər edilməlidir: “Hər gün nəqliyyatdan istifadə edən tələbələr üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri iqtifadəyə verilməlidir. Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir. Əgər bir günlük bilet alınırsa və gün ərzində dəfələrlə nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, bir az aşağı məsələn, 2 manat ola bilər. Gün ərzində nəqliyyatdan bir neçə dəfə istifadə edən insanlara güzəştlərin olunması mütləqdir. Aylıq biletlər  təxminən 30 manat təşkil etməlidir. Qeyd edim ki, hazırda dünyanın bir çox ölkələrində bu sistem tətbiq olunur. Aylıq biletlər sərnişinlər üçün həm sərfəli, həm də rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir. Hər ay öncədən pul almaqla, öz problemlərini həll edə bilərlər”. 

Natiq Cəfərlinin sözlərinə əsasən, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar hazırlanmalıdır. Kartların qiyməti isə normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır ki, ondan istifadə etmək tələbəyə sərf etsin: “Gediş haqqının artırılması tələbələri də çətin duruma salır. Universitetə gəlmək üçün bir neçə marşrut dəyişən tələbələr üçün isə vəziyyət ikiqat çətindir”.
Ekspert vurğulayıb ki, nəqliyyatda gediş haqqını artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır.

Sevinc QARAYEVA
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri