Icma.az
close
up
RU
Bu, məhəbbəti yox edir, boşanmalara səbəb olur

Bu, məhəbbəti yox edir, boşanmalara səbəb olur

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"Bir zamanlar birlikdə olmaq sadəcə fiziki bir yaxınlıq deyildi. Bir stəkan çay ətrafında dərdləşmək, bayramlara birlikdə hazırlaşmaq, axşam süfrəsində söhbət etmək - Bunların hər birinin ayrı bir dəyəri var idi. Axşamlar ailə ilə birlikdə filmə baxmaq bir ritual idi. O filmin təsiri ilə gecəyə qədər danışar, düşünərdik. Toylar, yaslar - sevincin və kədərin paylaşılması idi. Kimsə vəfat edəndə, sükut çökər, televizorlar susar, insanlar dərdi bölüşərdi. Bəli, texnologiya yox idi. Amma biz bir-birimizə daha yaxın idik. İndi isə…"

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Aparıcı texnologiyanın insanlar arasında yaratdığı soyuqluqdan şikayətlənib:

"Eyni masada oturub bir-biri ilə danışmayan insanlar görürəm. Hamı telefonda, başqa aləmdə. Sosial mediada xoşbəxt görünən insanlar, gerçəklikdə susqun və uzaqdılar. Analar uşaq qarşısına planşet qoyur, özləri də telefona dalırlar. Uşaq nə yediyini belə anlamır. Bizim analarımız nağıllarla, baxışla sevgi ötürərdi - indi isə baxışlar ekrana kilidlənib. Bəli, texnologiya dövrüdür. Amma bu, həm də tənha bir dövrdür. Sosial media - çağın ən təhlükəli bağımlılığına çevrilib. Əvvəllər narkotik, içki, qumar deyib qorxduğumuz şeylər var idi və var. İndi isə onlardan heç də geri qalmayan - telefon və sosial media bağlılığı var. Və bu vərdiş dəyərlərimizə daha böyük zərbə vurur: Məhəbbəti yox edir, söhbəti bitirir, valideyn-övlad münasibətini zəiflədir, ailə bağlarını qırır, boşanmalara, anlaşılmazlığa, soyuqluğa səbəb olur və ən qorxulusu: insanı özündən uzaqlaşdırır.

Təsəvvür edin, bir evin içində, eyni dam altında yaşayan insanlar bəzən gün ərzində bir-biri ilə bir saat belə danışmırlar. Halbuki bir zamanlar biz söhbətə tələsərdik, dərdimizi də, sevincimizi də paylaşardıq. “İnsan insanın dərmanıdır” deyərdilər. İndi isə insan insanın fonundakı dekorasiyaya çevrilib.

Bunları düşündükcə, yazdıqca içimdə bir sızıltı ilə keçmişin o səmimi, dəyərli anları gəlib keçdi gözlərimin önündən. Bir zamanlar adi görünən - bir süfrə ətrafında toplaşmaq, bir söhbətə dərinləşmək, bir baxışla anlaşmaq - indi əlçatmaz xatirələrə çevrilib. Doğrudur, texnologiya bizə dünya qapılarını açdı, amma evimizin qapısını örtdü. Paylaşmağı öyrətdi, amma dinləməyi unutdurdu. Məncə, itirdiklərimiz daha çoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri