Icma.az
close
up
RU
“Bunlar məhəbbəti yox edir” Xoşqədəmin punktları

“Bunlar məhəbbəti yox edir” Xoşqədəmin punktları

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bunlar məhəbbəti yox edir” - Xoşqədəmin punktları

“Bir zamanlar birlikdə olmaq sadəcə fiziki bir yaxınlıq deyildi. Bir stəkan çay ətrafında dərdləşmək, bayramlara birlikdə hazırlaşmaq, axşam süfrəsində söhbət etmək… Bunların hər birinin ayrı bir dəyəri vardı.b Axşamlar ailə ilə birlikdə filmə baxmaq bir ritual idi. O filmin təsiri ilə gecəyə qədər danışar, düşünərdik. Toylar, yaslar — sevincin və kədərin paylaşılması idi. Kimsə vəfat edəndə, sükut çökər, televizorlar susar, insanlar dərdi bölüşərdi. Bəli, texnologiya yox idi… Amma biz bir-birimizə daha yaxın idik”.

OLAY yazır ki, bu sözləri Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb. 

O, texnologiya dövrünün gətirdiyi həyat şəraitindən gileylənib:

“İndi isə… Eyni masada oturub bir-biri ilə danışmayan insanlar görürəm. Hamı telefonda, hamı başqa aləmdə. Sosial mediada xoşbəxt görünən insanlar, gerçəklikdə susqun və uzaqdılar. Analar uşaq qarşısına planşet qoyur, özü də telefona dalır… Uşaq nə yediyini belə anlamır. Bizim analarımız nağıllarla, baxışla sevgi ötürərdi — indi isə baxışlar ekrana kilidlənib. Bəli, texnologiya dövrüdür. Amma bu, həm də tənha bir dövrdür. Sosial media — çağın ən təhlükəli bağımlılığına çevrilib. Əvvəllər narkotik, içki, qumar deyib qorxduğumuz şeylər vard və var. İndi isə onlardan heç də geri qalmayan — telefon və sosial media bağlılığı var. Və bu vərdiş dəyərlərimizə daha böyük zərbə vurur:

- Məhəbbəti yox edir; Söhbəti bitirir;

- Valideyn-övlad münasibətini zəiflədir;

- Ailə bağlarını qırır;

- Boşanmalara, anlaşılmazlığa, soyuqluğa səbəb olur;

- Və ən qorxuncu: insanı özündən uzaqlaşdırır.

Təsəvvür edin, bir evin içində, eyni dam altında yaşayan insanlar bəzən gün ərzində bir-biri ilə bir saat belə danışmır. Halbuki bir zamanlar biz söhbətə tələsərdik, dərdimizi də, sevincimizi də paylaşardıq. “İnsan insanın dərmanıdır” deyərdilər… İndi isə insan, insanın fonundakı dekorasiyaya çevrilib. Bunları düşündükcə, yazdıqca içimdə bir sızıltı ilə keçmişin o səmimi, dəyərli anları gəlib keçdi gözlərimin önündən. Bir zamanlar adi görünən — bir süfrə ətrafında toplaşmaq, bir söhbətə dərinləşmək, bir baxışla anlaşmaq — indi əlçatmaz xatirələrə çevrilib. Doğrudur, texnologiya bizə dünya qapılarını açdı, amma evimizin qapısını örtdü. Paylaşmağı öyrətdi, amma dinləməyi unutdurdu… Məncə, itirdiklərimiz daha çoxdur…”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://olay.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri