ChatGPT boşanmalara səbəb olmağa başlayıb
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Ailə psixoterapevtləri və boşanma işləri üzrə vəkillər həyəcan təbili çalırlar: süni intellekt getdikcə daha çox şəxsi münasibətlərə müdaxilə etməyə başlayıb. Çatbotlarla ünsiyyət artıq zərərsiz bir məşğuliyyət olmaqdan çıxaraq ailə münaqişələrinə təsir edən yeni amilə çevrilib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Son mübahisəmizdən sonra ərim artıq mənimlə danışmaq istəmədiyini dedi. Bunun əvəzinə telefonunu çıxardı, "ChatGPT"ni açdı və yazmağa başladı", - deyə nəşr həmsöhbətinin sözlərini sitat gətirib.
İnsanlar neyron şəbəkələrdən yalnız dəstək almaq üçün deyil, həm də mübahisələrdə üstünlük qazanmaq məqsədilə istifadə edirlər. Tərəfdaşlar haqlı olduqlarını təsdiqlətmək üçün "ChatGPT"yə müraciət edir, daha sonra isə süni intellektlə yazışmalarını "məhkəmədə sübut" kimi təqdim edirlər.
Vəziyyət emosional dəstək axtarışının tərəfdaşlardan biri tərəfindən xəyanət kimi qəbul edildiyi hallarda daha da gərginləşir. "Clarkston Legal" hüquq firmasının təsisçisi Timoti Flinn bir qadının ərinin çatbotla yazışmalarını fleş-diskdə gətirdiyi məhkəmə işi barədə danışıb. Ailə problemləri ilə bağlı başlayan söhbət sonradan flört xarakteri alıb.
Bununla belə, süni intellekt heç də həmişə münasibətləri korlamır. Bəzi cütlüklər mesaj göndərməzdən əvvəl mətnlərdəki aqressiv ifadələri yumşaltmaq üçün "Claude" və ya "ChatGPT"dən istifadə edirlər.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 Noyabr 2026 03:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















