Bu məktəbə gedib gəlmək üçün 12 km yerimək lazımdır VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Hər gün qonşu kəndə məktəbə getmək üçün piyada kilometrlərlə yol qət edirlər...
Qubanın Kardaş kəndinin sakinləri yaranmış vəziyyətlə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər. Onların sözlərinə görə, kəndlərində modul tipli məktəb fəaliyyət göstərsə də, burada təhsil dördüncü siniflə məhdudlaşır. Övladları təhsillərini davam etdirmək üçün qonşu Pirvahid kəndində yerləşən orta məktəbə üz tuturlar. Təxminən 15-16 şagird hər gün 12 kilometr yol getməli olur:
Uşaqların valideynlərini narahat edən təkcə məsafə deyil, həm də yolun təhlükəli olmasıdır. Onlar bildirirlər ki, soyuq və yağışlı havalarda vəziyyət daha da çətinləşir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Kardaş kənd ibtidai ümumtəhsil məktəbi yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərir. Şagirdlərin daşınması isə valideynlər tərəfindən təmin olunmalıdır.
İdarədən o da bildirildi ki, şagirdlərin daşınması imkanları ilə bağlı valideynlərin müraciətləri əsasında Regional Təhsil İdarəsində müvafiq dəyərləndirmələr aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 22 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















