Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri 68 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaransa da, hazırda təmir-tikinti işləri davam edir.
Axar.az xəbər verir ki, bu barədə APA-ya Bakı şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, valideynlər 68 nömrəli məktəbin tikintisinin uzun müddətdir dayanmasından narazıdırlar. Bildirilir ki, artıq 4 ildir şagirdlər müvəqqəti olaraq digər məktəblərdə təhsil alırlar. Mövcud vəziyyətlə əlaqədar bütün siniflər üzrə dərslər saat 14:00-da başlayır. Xüsusilə 9, 10 və 11-ci sinif şagirdlərinin də dərslərinin günün ikinci yarısında təşkili valideynlərin narahatlığına səbəb olub.
Baxış sayı:93
Bu xəbər 16 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















