Icma.az
close
up
RU
Bu məktəblər bağlanacaq Rasionallaşma

Bu məktəblər bağlanacaq Rasionallaşma

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərin ən aktual mövzularından biri məktəlbərin rasionallaşdırılması (optimmalaşdırma, bağlanma, birləşdirilmə və s. adlandırmaq olar) məsələsidir. 

İlk öncə onu qeyd edək ki,  Azərbaycan Respublikasının Konstitusiyasına görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır.  Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Hazırda Azərbaycanda 4 400-ə qədər məktəb binası var və ucqar kənd məktəblərində ciddi şagird azlığı müşahidə olunmaqdadır.

Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamalarında zaman-zaman bu məsələni qabardıb. 

Emin Əmrullayev: "Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var".

Emin Əmrullayev ən son açıqlamasında isə qeyd edib: "Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1,2,3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq".

İndi gündəlikdə olan məsələ az şagirdi olan məktəblərin birləşidirilməsi məsələsidir. Bu isə özlüyündə bir çox sualları ortaya qoyur.

Bir məktəbin bağlanması həmin məktəbdə təhsil alan şagirdləri deyil, həmçinin işləyən müəllimlər, texniki heyət və digər işçiləri də narahat edir.

Nəzəriyyədə hər şey ideal görünsə də, praktikada bu məsələ olduqca qəlizdir. Nazirliyin planı ondan ibarətdir ki, şagir sayı çox az olan məktəbləri ləğv edib, həmin şagirləri digər məktəblərə köçürmək. Bu da öz növbəsində bir xeyli vəsaitin israf olunmasının qarşısını alacaq. 

Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata (2 470 dollar) başa gəlir. Bu orta rəqəm, sözsüzki, kənd məktəblərində daha yüksəkdir. Çünki dövlət 3-4 uşaqdan ibarət sinifə görə müəllimlərə vəsait ödəyir, şəhər məktəblərində isə şagir sayı qat-qat çoxdur. Sadə formada desək 3-4 uşağa dərs deyən müəllimə də, 25-40 uşağa dərs deyən müəllimə də eyni əməkhaqqı hesablanır.

Məktəblərin rasionallaşdırması da bu halın müəyyən qədər qarşısını alacaq. Bəs bağlanacaq (rasionallaşdırılacaq) məktəbin müəllim və işçi heyəti necə olacaq - bu isə ciddi sual altındandır. Nazirlik bu məsələyə hələki heç bir aydınlıq gətirməyib.

Müqayisə üçün qonşu ölkələrdə bir şagirdə xərclənən illik vəsaiti təqdim edirik:

1. Azərbaycan - 2 470 dollar
2. Türkiyə 4 859 dollar
3. Rusiya 5 382 dollar

Ümumilikdə isə inkişaf etmiş ölkələrdə orta hesabla ibtidai sinif şagirdinə ildə 11 900 ABŞ dolları xərclənir. Daha yüksək təhsil səviyyələri üçün xərclər artır: orta məktəb şagirdi üçün 13 300 ABŞ dolları, ali məktəb tələbəsi üçün isə 20 500 ABŞ dolları xərclənir.

Digər bir çatışmazlıq isə təhsilin əl çatanlığı ilə bağlıdır. Nazirliyin təqdim etdiyi strategiyaya əsasən şagird sayı çox az olan məktəblər birləşdirildi, 3-4 kənd üçün bir məktəb yaradıldı. Həmin kəndin şagird yeni məktəbə getmək üçün ortalama 3-4 km (bəzən daha çox) məsafə getməli olacaq. 

Şagirdlərin bir məktəbdən başqa bir məktəbə köçürülməsi onları dərslərindən uzaqlaşdırılma ehtimalını da artırır. Tanımadıqları müəllimlərin dərslərində oturmaq onlar üçün asan olmayacaq. Məktəblərin birləşdirilməsi valideynlər üçün də problem yaradır. Çünki bu zaman məsafə fərqi yaranır, bu  da valideyn üçün sual doğurur ki, uşağını məktəbə apara biləcək ya yox. 

Ümumilikdə bu addım özlüyündə təhsilin əlçatanlığının azaldılmasına gətirib çıxara bilər. Digər tərəfdən Azərbaycanda kəndlərin şəhərə axışdığını nəzərə alsaq, bu təşəbbüs prosesi daha da sürətləndirə bilər. Əgər kənddə məktəb də yoxdursa, orada yaşamaq əlavə olaraq da çətinləşəcək. 

Asif Mehman
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri