Bu məlumat doğru deyil Müdafiə Nazirliyi
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.
Milli.Az

Müdafiə Nazirliyi məlumat yaydı
19 Mart 2025 17:07

