Icma.az
close
up
RU
Bu mənzillərə niyə kupça verilmir?

Bu mənzillərə niyə kupça verilmir?

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi mənzil tikintisi ilə məşğul olan şirkətlər vətəndaşdan ilkin ödəniş alır, aylıq kredit şərtləri təqdim edir. Lakin bildirirlər ki, mənzilin çıxarışı (kupça) yalnız 7–8 ildən sonra veriləcək. Hətta alıcı borcunu daha tez ödəsə belə, kupça dərhal təqdim olunmur. Bəs çıxarışın verilməsi niyə bu qədər uzanır? Bu cür şirkətlərə etibar etmək olarmı?

Əmlak eksperti Ramil Qasımzadə Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaşlar ilk növbədə belə şirkətlərdən mənzil almaq istədikdə, müqaviləni üçtərəfli şəkildə - tikinti şirkəti, vətəndaş və notarius arasında bağlanmalıdırlar. Eyni zamanda, bütün ödənişlərin əlbəəl deyil, rəsmi qaydada şirkətin bank hesabına köçürülməsi daha düzgündür:

“Əslində, bəzi tikinti şirkətləri layihələndirmə mərhələsində belə ilkin çıxarış ala bilirlər. Lakin bu prosesin şərtləri tikinti şirkətləri üçün nisbətən ağır və xərcli olduğuna görə bir çoxu bu məsuliyyəti üzərinə götürmür və ilkin çıxarış almır. Halbuki qanunvericilik buna imkan verir, yəni tikinti şirkəti layihələndirmə zamanı ilkin çıxarış ala və həmin çıxarış əsasında vətəndaşlara satış həyata keçirə bilər. Sadəcə olaraq, bir çox şirkətlər bu üsulu tətbiq etmir. Ümumiyyətlə, bina tikilib təhvil verildikdən sonra, Bakı Şəhər İcra Hakimiyyəti və ya müvafiq rayon icra hakimiyyətləri tərəfindən istismara qəbul aktı verildikdən sonra həmin binaya çıxarışlar təqdim olunur. Çıxarışın verilməsinin uzanması da əsasən tikinti prosesinin davam etməsi, istismara qəbul aktının alınması və şirkət tərəfindən müvafiq texniki şərtlərin təmin edilməsi ilə bağlıdır. Nəticə etibarilə, vətəndaş mənzilin tam ödənişini etdikdən və maliyyə arayışını aldıqdan sonra həmin maliyyə arayışı, mənzilin yerləşdiyi yerə dair eskiz planı və binanın istismara qəbul aktının surəti ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Reyestr Xidmətinə müraciət edir. Məhz bu xidmət tərəfindən vətəndaşa çıxarış təqdim olunur”,

R.Qasımzadənin belə şirkətlərə etibar edib-etməmək barəsində vətəndaşlara tövsiyə edib ki, ilk növbədə həmin şirkətin indiyədək icra etdiyi layihələrlə tanış olsunlar:

“Riskli, maliyyə dayanıqlığı olmayan şirkətlərə etibar etmək düzgün deyil. Təəssüf ki, Bakıda yarımçıq qalmış binaları olan, maliyyə çətinliyi yaşayan şirkətlər də mövcuddur. Buna görə də maliyyə baxımından dayanıqlı, tanınmış və keyfiyyətli inşaat işləri aparan tikinti şirkətlərinə etibar etmələri daha məqsədəuyğundur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri