Icma.az
close
up
RU
Bu mənzilləri satmaq mümkün olmayacaq Seçim dəyişir

Bu mənzilləri satmaq mümkün olmayacaq Seçim dəyişir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Adətən vətəndaşlar mənzil alanda seçim qarşısında qalırlar – köhnə yoxsa yeni tikili. Bəziləri köhnə tikililərin daha sağlam və münasib qiymətə olduğunu, yeni mənzillərdə xərclərin çoxluğunu vurğulayır, digərləri isə əksini iddia edir.Hansı mənzilləri almaq daha sərfəlidir?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, mənzil almaq daha çox zövq və maddi imkanla əlaqəlidir:

“Daşınmaz əmlak seqmentində böyük ölçüdə məbləğ dövr edir. Ona görə də vətəndaşların zövqü və maddi imkanları üst-üstə düşməyə bilər. Bu mənada qiymət məsələsi daha aktualdır. Köhnə tikilidə uzun müddət yaşayan insan yeni tikilinin potensial alıcısıdır. Qiymətlərə gəldikdə isə, köhnə binalardakı mənzillər heç də yeni tikililərdən aşağı deyil. Burada sahə və funksionallıq fərqi  mümkündür. Məsələn, köhnə tikilidə 65 kvadrat metrə 3 otaq yerləşdirilibsə, yeni tikilidə əksər konseptlərdə bu, 1-2 otaqlı olur və ya bəzilərində 1 otaqdan 2 otağa düzəldilmədir. Ona görə də bunlar araşdırıldıqdan sonra vətəndaşlar qərar verir”.

Ramil Osmanlı

Ekspert bildirib ki, son illər Azərbaycanda mənzil tikintisində qiymətlər fantastik şəkildə qalxıb:

“Ekonom sinfə aid olan mənzillərin qiyməti çox bahalaşıb. Eyni zamanda aşağı kvadratda artımlar yuxarı kvadratlarla müqayisədə yüksəkdir. Bu mənada təbii ki, vətəndaşların seçimi də zövqdən çox, qiymətlə bağlıdır. Hesab edirəm ki, ölkədə şəhərsalma tədbirləri sürətləndikcə, tədricən köhnə tikililər sıradan çıxdıqca, vətəndaşların da məcburi qaydada seçimi yeni tikili olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri