Icma.az
close
up
RU
Seçim Brüsselindir: Bakı olmadan mümkün deyil

Seçim Brüsselindir: Bakı olmadan mümkün deyil

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənubi Qafqaza planlaşdırılan səfəri adi diplomatik marşrut deyil. Bu səfər dəyişən qlobal geosiyasi nizamın, enerji bazarlarında formalaşan yeni reallıqların və Avropanın təhlükəsizlik prioritetlərinin diktə etdiyi zərurətdən doğur. Əslində Brüssel artıq etiraf etməyə məcburdur ki, Cənubi Qafqazın gələcəyi, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi və Avropanın enerji təhlükəsizliyi Bakıdan keçir”.

Bunu Ölkə.az-a açqılamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, son illər dünyada baş verən müharibələr, enerji böhranı, nəqliyyat marşrutlarının dəyişməsi və böyük güclər arasında rəqabətin kəskinləşməsi Avropa İttifaqını xarici siyasət prioritetlərinə yenidən baxmağa vadar edib: “Məhz buna görə də Brüssel Cənubi Qafqaza münasibətini dəyişmək məcburiyyətindədir. Lakin bu siyasətin mərkəzində yalnız bir dövlət dayanır-Azərbaycan.
Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı geostrateji körpüdür. Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq platformalarının hamısı Azərbaycanın üzərindən keçir. Orta Dəhliz artıq alternativ deyil, qlobal iqtisadiyyatın əsas arteriyalarından birinə çevrilməkdədir. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında uzanan bu nəqliyyat xəttinin mərkəzində məhz Bakı dayanır.
Brüsselin Mərkəzi Asiya ilə münasibətləri genişləndirmək  strategiyası Bakı olmadan həyata keçirilməsi real deyil”.

Bununla belə deputat xatırladıb ki, bütün bunlara baxmayaraq, Avropa İttifaqının Azərbaycana münasibətində hələ də ciddi ziddiyyətlər qalmaqdadır və bunlar aradana qaldırılmalıdır: “Bir tərəfdən Brüssel enerji təhlükəsizliyi, logistika və regional əməkdaşlıq baxımından Bakı ilə strateji tərəfdaşlığı genişləndirmək istəyir, digər tərəfdən isə bəzi Avropa institutlarında qəbul edilən qərəzli qərarlar, xüsusilə AŞPA və digər qurumlarda Azərbaycana qarşı nümayiş etdirilən ikili standartlar bu münasibətlərə kölgə salır.

Belə yanaşma nə Azərbaycanın, nə də Avropanın maraqlarına xidmət edir. Brüssel anlamalıdır ki, Cənubi Qafqazda dayanıqlı sülhün açarı Bakının əlindədir. Regionda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və Ermənistanın regional layihələrə qoşulması yalnız Azərbaycanın razılığı və təşəbbüsü ilə mümkündür.

Bu prosesdə Türkiyənin rolu da xüsusi əhəmiyyət daşıyır. Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik artıq Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının əsas sütunlarından biridir. Regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin böyük əksəriyyəti məhz Azərbaycan-Türkiyə əməkdaşlığının nəticəsidir.

Zəngəzur dəhlizi də bu baxımdan təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya üçün yeni iqtisadi nəfəs yolu hesab olunur. Bu dəhlizin açılması Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq, ticarət marşrutlarını qısaldacaq və yeni iqtisadi imkanlar yaradacaq. Ermənistan da bu layihədən faydalana bilər. Lakin bunun yolu qarşıdurmadan deyil, regional əməkdaşlıqdan keçir.

Əgər Brüssel doğrudan da Ermənistanın iqtisadi inkişafını, regionda sülhün bərqərar olmasını və Avropa ilə Cənubi Qafqaz arasında uzunmüddətli tərəfdaşlığın formalaşmasını istəyirsə, ilk növbədə Bakının yaratdığı yeni geosiyasi reallığı qəbul etməlidir.

Çünki bu gün Ermənistanın istər region dövlətləri, istər Avropa İttifaqı, istərsə də Mərkəzi Asiya ilə genişmiqyaslı inteqrasiyası Azərbaycansız mümkün deyil. Bu reallıqları görmədən Cənubi Qafqaz siyasəti qurmaq mümkün deyil. Ursula fon der Lyayenin Bakı və İrəvan səfəri məhz bu baxımdan mühüm geosiyasi sınaq olacaq. Avropa İttifaqı ya dəyişən reallıqları qəbul edərək Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında inkişaf etdirəcək, ya da ikili standartlar siyasətini davam etdirərək həm regionda nüfuzunu, həm də iqtisadi maraqlarını zəiflədəcək. 

Artıq seçim Brüsselindir. Lakin bir həqiqət dəyişmir: Cənubi Qafqazın gələcəyinə aparan yol da, Avropanın enerji təhlükəsizliyinə aparan yol da, Mərkəzi Asiyaya uzanan strateji dəhliz də Bakıdan keçir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri