Icma.az
close
up
RU
Oğurlanan iPhone larda bu mümkün olmayacaq

Oğurlanan iPhone larda bu mümkün olmayacaq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Londonda oğurlanan iPhone-ların yenidən aktivləşdirilərək satılması hallarında son həftələr ərzində ciddi azalma müşahidə olunur.

Modern.az xəbər verir ki, bunun əsas səbəbi Apple-ın təqdim etdiyi Stolen Device Protection (Oğurlanmış Cihaz Mühafizəsi) funksiyasıdır. Son illərdə Londonda iPhone oğurluqları geniş yayılmışdı. Hətta bəzi hallarda oğrular oğurladıqları telefonun iPhone olmadığını anlayanda onu sahibinə geri qaytarırdılar. Əksər hallarda motosiklet və ya mopedlə hərəkət edən cinayətkarlar insanların əlindən telefonu alaraq hadisə yerindən uzaqlaşır, daha sonra isə cihazı sıfırlayıb ikinci əl bazarında satmağa çalışırdılar.

Bununla belə, vəziyyət dəyişməyə başlayıb. London Metropoliten Polis Komissarı Ser Mark Rouli BBC-yə açıqlamasında bildirib ki, Apple-ın təhlükəsizlik yenilikləri nəticəsində oğurlanan iPhone-ların böyük əksəriyyəti artıq zavod parametrlərinə qaytarıla bilmir.

Apple ilk dəfə 2023-cü ildə təqdim etdiyi Stolen Device Protection funksiyasını 2026-cı ilin mart ayında yayımlanan iOS 26.4 yeniləməsi ilə standart olaraq aktiv edib. Bu funksiya sayəsində cihazın "Lost Mode" rejiminin söndürülməsi və ya tam sıfırlanması üçün mütləq Face ID və ya Touch ID kimi biometrik təsdiq tələb olunur. Bəzi təhlükəsizlik əməliyyatları isə əlavə vaxt gecikməsi ilə həyata keçirilir ki, bu da istifadəçiyə "Find My" xidməti vasitəsilə telefonu itirilmiş kimi işarələmək üçün imkan yaradır.

Ən diqqətçəkən məqam isə odur ki, oğru cihazın şifrəsini bilsə belə, onu asanlıqla sıfırlaya və yenidən satışa hazırlaya bilmir. Nəticədə oğurlanmış iPhone-ların qara bazardakı dəyəri azalır və bu tip cinayətlərin iqtisadi cəhətdən cəlbediciliyi zəifləyir. Ser Mark Rouli əlavə edib ki, London polisi Apple ilə məlumat mübadiləsi üzrə xüsusi əməkdaşlıq razılaşması da əldə edib. Bu əməkdaşlığın məqsədi iPhone oğurluqlarının necə həyata keçirildiyini və cihazların hansı yollarla satışa çıxarıldığını daha yaxşı analiz etməkdir. Oğurlanmış telefonların istifadəsini və satışını çətinləşdirən bu cür təhlükəsizlik tədbirləri gələcəkdə iPhone oğurluqlarının sayının da azalmasına səbəb ola bilər.

(Technote)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri