Icma.az
close
up
RU
Bu məqam Sele ilə matçda Sabah a problem yarada bilər Azər Bağırov

Bu məqam Sele ilə matçda Sabah a problem yarada bilər Azər Bağırov

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun son qalibi "Sabah" ölkəmizi UEFA Avropa Liqasında təmsil etmək hüququ qazanıb. "Bayquşlar" sözügedən turnirin ilkin təsnifat mərhələsində Sloveniyanın "Sele" komandası ilə üz-üzə gələcəklər. Tanınmış mütəxəssis, geridə qalan mövsümün sonunda "Kəpəz"in baş məşqçi postundan ayrılan Azər Bağırovla əlaqə saxlayıb təmsilçimizdən bu rəqiblə mübarizədə nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın baş məşqçisi dəyişib. Vasili Berezutskini Valdas Dambrauskas əvəzləyib. Bu məqam mütləq nəzərə alınmalıdır. Yeni mütəxəssisin komandaya uyğunlaşmasına əlbəttə ki, müəyyən vaxt lazımdır. Təbii ki, yeni oyun fəlsəfəsinin tətbiqinin rəsmi matçlarda müəyyən fəsadlara yol açması mümkündür. "Sabah"ın son yoxlama oyunlarında buraxdığı qollara da diqqət yetirməliyik (Masazır təmsilçisi Avstriya toplanışında "Rapid"lə (Rumıniya) 2:2, "Pakş"la (Macarıstan) 3:3 hesablı heç-heç edib -red). Komandamız bu iki sınaq qarşılaşmalarında qapısında 5 qol görüb. Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər. Sloveniya klubunda vəziyyət başqadır. Komandanı ötən ildən ispaniyalı Albert Riera çalışdırır. İspaniyalı mütəxəssisin sərəncamındakı oyunçuların hər birini yaxından tanıdığı bəlli məsələdir. "Sele" əsasən yerli futbolçulardan qurulub. Xorvat və bosniyalı legionerləri də var. Rəqibin ən üstün cəhətlərindən biri hücumameyilli oyun sərgiləməsidir. Amma əlbəttə ki, "Sele"nin də zəif cəhətləri var. Ümid edirəm ki, "Sabah"ın məşqçilər korpusu rəqibin çatışmazlıqlarını təhlil edəcək və bu mübarizədən təmsilçimiz qalib ayrılacaq. Sloveniyalılar son yoxlama görüşündə "Çukariçki"yə məğlub olublar. Rəqib "çukariçki"yə yenildiyi matçda standart vəziyyətlərdən və əks-hücumlardan qollar buraxıb".

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq. 

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see288

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see273

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see265

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see263

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see260

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see253

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see245

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see237

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see218

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see214

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see212

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see198

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see197

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see192

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see187

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri