Bu məsələni tamamilə müəllimin üzərinə yıxmaq olmaz Elmin Nuri
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Son zamanlar təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biri abituriyentlərin və şagirdlərin mətn işləmə bacarıqlarının zəif olmasıdır.
Bəs bu bacarıqların artırılması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlanmasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri təəssüflə bildirdi ki, şagird və abituriyentlərdə mətn üzərində işləmə bacarıqları yetərincə inkişaf etməyib:
"PISA qiymətləndirməsinin nəticələri də göstərdi ki, oxuyub-anlama, ümumilikdə mətn üzərində işləmə və onunla bağlı məzmun standartları bizdə arzuolunan səviyyədə formalaşmayıb. Bunun əsas səbəblərindən biri tədrisin məhz bu prinsiplər üzərində sistemli şəkildə qurulmamasıdır. Yəni müəllimlər bu istiqamətdə daha çox çalışmalı, öz üzərlərində işləməlidirlər. Məsələn, mətn üzərində səmərəli işin necə qurulması ilk növbədə müəllimlər tərəfindən mənimsənilməli, müxtəlif təcrübələrdən istifadə olunmalıdır. Bu gün hər birimizin əlində ağıllı telefonlar, kompüter var. Müəllimlər özünüinkişaf platformalarına daxil olaraq təlimlər keçə, bu bacarıqlarını inkişaf etdirə bilərlər".
Müsahibimiz qeyd etdi ki, müəllim öz üzərində mətn işləmə bacarıqlarını inkişaf etdirdikdə, təbii olaraq, bunu şagirdlərində də görmək istəyəcək.
"Burada məsələni tamamilə müəllimin üzərinə yıxmaq da düzgün olmaz. Bəli, elə müəllimlər var ki, bu sahədə yüksək səviyyəyə malikdirlər və əllərindən gələni edirlər ki, şagirdlər də bunu öyrənsinlər, amma nəticə hər zaman istənilən kimi olmur. Mən sadəcə məsələnin bir tərəfinə toxundum. İkinci tərəf isə şagirdlərin özləridir. Bu gün şagirdlərin əksəriyyəti "Z" nəslinin nümayəndələri olaraq nitq, yazı və oxuyub-anlama vərdişlərindən tamamilə olmasa da, xeyli dərəcədə uzaqlaşıblar. Ətrafda aparılan müşahidələr də bunu təsdiqləyir. Şagirdlərin böyük hissəsi daim telefonlarda, ağıllı cihazlarda vaxt keçirir. Onlayn dünya gənclərdə bu bacarıqların zəifləməsinə ciddi təsir göstərib. Düşünürəm ki, bu istiqamətdə məktəblərdə artıq daha sistemli və ciddi işlər görülməlidir", - deyə Elmin Nuri bildirdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Yanvar 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















