Icma.az
close
up
RU
Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur Elmin Nuri

Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur Elmin Nuri

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycan Süni İntellekt İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində yaradılacaq. Hansı universitetin nəzdində yaradılmasından və hansı statusda olmasından asılı olmayaraq, Süni İntellekt İnstitutunun, bu adda elmi mərkəzin yaradılmasına çox böyük ehtiyac var idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri səsləndirdi.

O qeyd etdi ki, dövr artıq süni intellekt üzərindən inteqrasiyanı diktə edir:

"Bütün sahələr, hətta minlərlə sahənin parçalanmış mikrosahələri belə artıq süni intellektlə qidalanır. Biz burada "qidalanır" sözünü heç də boş yerə işlətmirik. Bu gün süni intellektin ən sürətlə sirayət etdiyi sahələrdən biri, bəlkə də birincilərindən biri məhz təhsildir. Təbii ki, deyə bilərsiniz ki, süni intellekt IT, sənaye, tibb, mühəndislik kimi sahələrə daha yaxındır, nəinki təhsilə. Mən sizi əmin edirəm ki, artıq təhsilin üç əsas tərəfi sayılan valideyn, şagird və müəllimin hər biri üçün ayrıca xüsusi süni intellekt proqramları hazırlanır, süni intellekt təlimləri təşkil olunur".

Ekspert tövsiyə edir ki, "Coursera", "Udemy" kimi beynəlxalq təhsil platformalarına baxsınlar:

"Orada təhsillə bağlı təqdim olunan layihələrin və dərslərin demək olar ki, 70 faizi sırf süni intellekt üzərində qurulub. Şəxsən mən özüm "Coursera"dan kurs götürmək istəyəndə, təhsillə bağlı kurslara baxanda gördüm ki, hər 10 kursun bəlkə də 7-8-i süni intellektə əsaslanır. Gah yazırlar ki, müəllimlər üçün süni intellekt, gah azyaşlılarla işləmək üçün süni intellekt dərsləri, valideynlər üçün süni intellekt və sair. Belə olan təqdirdə, Süni İntellekt İnstitutunun fəaliyyəti birmənalı şəkildə çox vacibdir. Hətta onun çox geniş spektrdə fəaliyyət göstərəcəyinə qəti şübhəmiz yoxdur".

Müsahibimizin sözlərinə görə, bizim institutla bağlı güclü kadrlara ehtiyacımız var.

"Baxın, ekspertlər deyirlər ki, universitetlərdə süni intellekt dərsləri keçirilməlidir. Bəziləri hətta daha da irəli gedərək deyirlər ki, orta məktəblərdə süni intellekt dərsləri keçirilməlidir. Çox yaxşı, amma kim keçməlidir o dərsləri? Sizin süni intellekt dərsi keçəcək müəlliminiz varmı? Açıq danışaq ki, informatika ayrı şeydir, riyaziyyat ayrı şeydir, süni intellekt isə tamam ayrı sahədir. STEM layihəsi var idi. Bu layihədə ixtisasından asılı olmayaraq hər müəllimə 6 aylıq kurs keçirdirdilər, həmin müəllim sonra gəlib guya STEM müəllimi olurdu. İndi də belə yanaşma olmamalıdır. Başqa fənn müəllimi süni intellektdən 2 ay kurs keçdikdən sonra 3-cü ay özü süni intellekt müəllimi ola bilməz. Ola bilər, amma faydası olmayacaq, açıq danışaq. Şəxsən mən ehtiyat edirəm ki, 2 ay süni intellekt kursu keçmiş bir şəxs 3-cü ay artıq özü müəllim kimi həmin kursu keçməyə başlasın. Bax, əsas problem burada olacaq. Buna görə də Süni İntellekt İnstitutuna ciddi ehtiyac var. Amma burada kadr və infrastruktur bazası güclü olduğu təqdirdə. Əgər bunlar varsa, çox yaxşı. Şəxsən mənə maraqlı olacaq ki, orada kimlər çalışacaq. Məsələnin bu tərəfi də var: bu prosesdə nə qədər şəffaflıq olacaq? Çünki bizdə bu baza bir qədər zəifdir. Ümumilikdə götürsək, 10-15 ciddi data analitik təlimçimiz yoxdur. Hamı deyir ki, gələcəyin ixtisası data analitikadır və onu öyrənmək lazımdır. Amma bizdə 10 nəfər ciddi data analitik təlimçi yoxdur. Onların qəbuluna düşmək mümkün olmur, inanırsınız? Böyük korporasiyalar, böyük şirkətlər öz əməkdaşları üçün data analitika təlimləri keçirmək istəyirlər. Elə təlimçilər var ki, onların növbəsinə 7 ay sonra düşürlər. Söhbət böyük təşkilatlardan gedir. Məhz bu kimi boşluqlar olduğu halda, bu institutun yaradılmasına ciddi ehtiyac var. Amma yenə də əsas məsələ odur ki, sadəcə boşluqları aradan qaldırmaqla kifayətlənməməliyik", - deyə Elmin Nuri yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 İyul 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri