Icma.az
close
up
RU
“DİM sürücülük vəsiqəsi imtahanlarının öhdəsindən gələ bilər” Elmin Nuri

“DİM sürücülük vəsiqəsi imtahanlarının öhdəsindən gələ bilər” Elmin Nuri

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Dövlət İmtahan Mərkəzi müxtəlif istiqamətlər üzrə imtahan prosesini həyata keçirən və bu istiqamətdə beynəlxalq təcrübədən yararlanan, sertifikatları əldə edən qurumdur. DİM öz nizamnaməsi çərçivəsində fəaliyyətinə daxil olan işləri uzun müddətdir ki, uğurla həyata keçirməyə - həm mərkəşləşdirilmiş, həm də müəyyən sahələrlə bağlı olan spesifik imtahanların təşkilinə maksimal dərəcədə keyfiyyətlə yanaşır".

Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri sürücülük vəsiqəsi intahanlarının DİM tərəfindən keçirilə bilmə ehtimalından danışarkən bildirdi.

"Sürücülük vəsiqəsi ilə bağlı imtahanların da DİM tərəfindən keçirilib-keçirilməyəcəyinə toxunmazdan əvvəl bir detala baxmalıyıq. Taksi sürücülərinin sertifikat alması üçün lazım olan imtahanlar DİM tərəfindən, özü də yüksək keyfiyyət və şəffaflıqla həyata keçirilir. DİM-ə həvalə edilən hər hansı istiqamətli imtahanlar özünün yüksək və peşəkar təşkilati keyfiyyəti ilə yadda qalır. Sürücülük vəsiqələri ilə bağlı imtahanların da DİM tərəfindən keçirilməsi bu istiqamətdə hər hansı neqativlərin yaranması anlamına gəlməməlidir. Çünki DİM imtahanı təşkil edən qurum kimi hər sahədə olduğu kimi bu dəfə də məhz bu profilə aid olan mütəxəssisləri prosesə cəlb edəcək, sual və tapşırıqların hazırlanmasında, yoxlanılmasında birbaşa onlardan yararlanacaq. DİM-in özəlliyi sadəcə imtahan prosesinin özünü, onun təşkilindəki peşəkar detalları düzgün həyata keçirməkdir. Düşünürəm ki, DİM bunun da öhdəsindən gələ bilər", - deyə o vurğuladı.

STM rəsmisinin sözlərinə görə, məsələyə hərtəfərli baxmaq lazımdır:

“DİM istənilən istiqamətdə imtahanları mərkəşləşdirilmiş qaydada, qabaqcadan elan verməklə qeydiyyatdan keçənlər eyni anda yoxlanılması qaydası ilə edir. Sürücülük imtahanında bunun mexanizmi necə olacaq, bax, bu, sual doğurur. Yəni DİM-in həyata keçirdiyi imtahan forması sürücülk vəsiqələri ilə bağlı qiymətləndirilmələr üçün tam da uyğun deyil. Bir anlıq prosesi göz önündən keçirək: DİM bununla bağlı öz rəsmi saytına elan verir və sürücülük vəsiqəsi almaq istəyənlər əvvəlcədən qeydiyyatdan keçir və hamısı da eyni anda imatahana yollanır. Sizcə, bu nə dərəcədə realdır? Sürücülük vəsiqəsi hər bir vətəndaşımızın özü uyğun bildiyi zaman, heç bir qeydiyyatdan keçməyərək imtahanlara cəlb olunması və prosedurları adlamağı daha uyğun bilir. Odur ki bu mexanizmin DİM vasitəsilə həyata keçəcəyini proqnoz edə bilmirəm".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri