Bu meyvə UCUZLAŞACAQ SƏBƏB
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub.
Milli.Az xəbər verir ki, fermerlərin sözlərinə görə, küləyin təsirindən məhsulun böyük hissəsi yerə tökülüb və yararsız hala düşüb:
"Armud bağımda məhsulun 70-80 faizi yerə tökülüb. Dərman aldığımız firmalara borcumuz var, bu qədər az məhsulla həmin borcları ödəyə bilməyəcəyik. Hər il bir hektardan 20-25 min manat gəlir əldə edirdik, bu il isə maksimum 2-3 min manat götürəcəyik", - deyə fermerlərdən biri bildirib.
Fermerlərin dediyinə görə, bağlarını sığortalaya bilməyiblər, çünki bunun üçün maddi imkanları yoxdur.
"Belə güclü külək nadir hallarda baş verir. Sentyabrda yetişməli olan meyvələr vaxtından əvvəl yerə töküldü. Dərmanların pulunu ödəyə bilmirik, sığorta isə çox baha başa gəlir, buna imkanımız çatmır", - deyə başqa bir fermer qeyd edib.
Ekspertlərin sözlərinə görə, bu halda məhsul bol olarsa, qiymətlərdə ucuzlaşma gözlənilir.
Asya
Milli.Az
Baxış sayı:118
Bu xəbər 06 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















