Icma.az
close
up
RU
Azərbaycanda bu avtomobillər ucuzlaşacaq SƏBƏB

Azərbaycanda bu avtomobillər ucuzlaşacaq SƏBƏB

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək.

Bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu daşımaların üstünlükləri çoxdur və gələcəkdə belə bir sazişin ölkəmiz üçün geniş perspektivlər açacağı gözlənilir:

"Azərbaycan bu sahədə tranzit rolunu da oynaya bilər. Çünki Çin hazırda dünya bazarında elektrik avtomobillərinin istehsalı və inkişafı üzrə əsas ölkələrdən biri hesab olunur. Çin istehsalı olan avtomobillər dünya bazarında lider mövqelərə sahibdir. Digər mühüm məqam Çinin avtomobil istehsalı sahəsində sürətlə inkişaf etməsidir. Ölkənin istehsal potensialı və bazardakı payının artması digər dövlətlərin avtomobil istehsalçıları arasında ciddi narahatlıq yaradır. Belə ki, Çin avtomobil sənayesi o qədər sürətlə inkişaf edir ki, bu, digər istehsalçıların rəqabət imkanlarına və bazardakı mövqelərinə təsir göstərir.

Azərbaycana gəldikdə isə, sazişin qüvvəyə minməsi ilk növbədə avtomobil alqı-satqısı ilə məşğul olan şirkətlər üçün əlverişli imkanlar yaradacaq. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlər avtomobil istehsalı və yığımı üçün öz konveyerlərini qura, bu istiqamətdə xüsusi istehsal bazası formalaşdıra bilərlər. Nəticədə, ölkəyə idxal olunan avtomobillərin bazardakı mövqeyi güclənə, rəqabət artaraq nəqliyyat vasitələrinin qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərə bilər”.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri