Icma.az
close
up
RU
Avtobuslarda gedişhaqqı ucuzlaşacaq SƏBƏB BUDUR

Avtobuslarda gedişhaqqı ucuzlaşacaq SƏBƏB BUDUR

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

2030-cu ilədək paytaxt Bakıda bütün ictimai nəqliyyat vasitələrinin mərhələli şəkildə elektrik mühərrikli analoqlarla əvəzlənməsi planlaşdırılır. Bu addımın əsas məqsədi ətraf mühitə zərərli tullantıların azaldılması və daha dayanıqlı nəqliyyat sisteminin qurulmasıdır. Lakin cəmiyyətdə bu dəyişikliklərin gedişhaqqına təsiri ilə bağlı suallar da aktuallaşıb.

Maraqlıdır, yanacaq xərclərinin aradan qalxması gedişhaqqının ucuzlaşması üçün iqtisadi əsas yaradırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ictimai nəqliyyatın tam elektrikləşdirilməsi qısa müddətdə baş verəcək proses deyil:

“Bu çox uzun proses olacaq. Bunu dərhal həyata keçirmək mümkün deyil, yəqin ki, illər alacaq. Elektrik nəqliyyat vasitələrinin yanacaq xərci olmasa da, onların texniki xidmət, ehtiyat hissələri və digər xərcləri mövcuddur. Həmçinin bu nəqliyyat vasitələrinin elektrik enerjisi ilə şarj olunması da əlavə xərc yaradır”.

İqtisadçının sözlərinə görə, bu keçid gedişhaqqının ucuzlaşması üçün ciddi iqtisadi əsas yaratmaya bilər:

“Düşünmürəm ki, elektrik nəqliyyatına keçid qiymətlərin azalmasına səbəb olsun. Lakin ekoloji baxımdan bu addım Bakının havasının çirklənməsinin azalmasında mühüm rol oynaya bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri