Icma.az
close
up
RU
Bu meyvələr hormonları pozur AÇIQLAMA

Bu meyvələr hormonları pozur AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümündə olmayan meyvələrin istehlakı getdikcə genişlənən problem kimi diqqət çəkir. Bu meyvələr çox vaxt xeyli uzaq məsafələrdən idxal olunur və yetişdirilməsi zamanı konservantlar, pestisidlər və kimyəvi gübrələrdən geniş istifadə edilir ki, bu da onların saxlanma müddətini uzatmaq və görünüşünü saxlamaq məqsədini daşıyır. Sağlamlıq baxımından risklər əsasən kimyəvi qalıqlar, vitamin və mineralların azalması, həmçinin həzm sisteminə təsir göstərən əlavələrlə bağlıdır. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, mövsümündə olmayan meyvələrin, məsələn, alçanın qışda və ya erkən yazda satışda olması artıq adi haldır. 
"Lakin bu məhsulların həm qida dəyəri, həm də təhlükəsizliyi ilə bağlı bəzi vacib məqamları nəzərə almaq lazımdır. Sağlamlıq baxımından risklər tam “zəhərli” olduğunu deməyə imkan verməsə də, pestisid qalıqları, nitrat və digər kimyəvi maddələr mövcuddur. Pestisidlər yaxşı yuyulmadıqda və ya normadan artıq istifadə edildikdə orqanizmdə yığılır və uzunmüddətli təsirləri hormonal pozğunluqlar və allergik reaksiyalarla əlaqələndirilir. Erkən yetişdirmə üçün gübrələrin həddindən artıq tətbiqi isə nitrat səviyyəsini yüksəldə bilər".
Həmçinin oxu: Bakıda kilosu 120 manata alça satılır
Ekspert bildirib ki, bundan əlavə, mövsümdənkənar meyvələrin qida dəyəri də aşağı olur, vitamin və antioksidant miqdarı təbii yetişən məhsullarla müqayisədə daha azdır, dad və aroması isə çox vaxt kifayət qədər zəngin olmur.
"İstehlak zamanı meyvələri axar su altında yaxşı yumaq, mümkün olduqda sirkəli və ya sodalı suda saxlamaq, çox parlaq və qeyri-təbii görünən məhsullardan uzaq durmaq, mövsümdənkənar məhsulları tez-tez və böyük miqdarda istehlak etməmək, imkan varsa yerli və mövsümi məhsullara üstünlük vermək, qabığı yeyilməyən meyvələrdə qabığı soymak tövsiyə olunur. Ümumiyyətlə, mövsümündə olmayan meyvələri əsas qida mənbəyi kimi istifadə etmək məsləhət deyil və ən təhlükəsiz, faydalı seçim həmişə mövsümündə, təbii şəraitdə yetişmiş meyvələrdir. Sağlam qidalanın, sağlam yaşayın!"
Sağlamlığı qorumaq üçün bu tip meyvələri istehlak edərkən ehtiyatlı olmaq lazımdır. Ekspert meyvələri axar su altında uzun müddət yumağı, sirkəli və ya sodalı suda saxlamağı məsləhət görür. Qeyri-təbii dərəcədə parlaq görünən məhsullardan qaçmaq və mümkün qədər qabığı soyaraq yemək riskləri müəyyən qədər azalda bilər. Hər bir halda ən faydalı seçim təbii dövründə yetişmiş, yerli məhsullara üstünlük verməkdir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri