Icma.az
close
up
RU
Azərbaycanda yol kənarında pulsuz meyvələr olacaq? AÇIQLAMA

Azərbaycanda yol kənarında pulsuz meyvələr olacaq? AÇIQLAMA

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici ölkələrdə yol kənarlarında meyvə ağaclarının əkilməsi həm ekoloji, həm də sosial baxımdan maraqlı bir təcrübədir. 

Bu sözləri News24.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat bildirib ki, bu yanaşmanın Azərbaycanda tətbiq olunması bir sıra amillərdən asılıdır və həm üstünlükləri, həm də çətinlikləri mövcuddur.

"Meyvə ağacları karbon qazını udaraq, oksigen istehsal edir, hava keyfiyyətini yaxşılaşdırır və torpağın eroziyasının qarşısını alır. Azərbaycanda da belə layihələr ətraf mühitə müsbət təsir göstərə bilər. Eyni zamanda, meyvə ağacları, xüsusilə çiçəkləmə dövründə, yollara estetik gözəllik qatır və ətraf mühiti daha cəlbedici edir. Bununla, biomüxtəliflik də artar. Meyvə ağacları quşlar, arılar və digər canlılar üçün təbii yaşayış mühiti yarada bilər. İctimai faydası isə meyvə ağaclarının əkilməsi insanlar üçün pulsuz meyvə mənbəyi ola bilər, xüsusən də bu, kənd yerlərində sosial dəstəyi artırar", - deyə o əlavə edib.

P.Vəliyeva qeyd edib ki, çətinliklər isə yol təhlükəsizliyi, meyvələrin yol kənarına düşməsi və ya yollarda sürüşkənliyə səbəb olması da avtomobil yollarında təhlükə yarada bilər. 

"Bu məsələ xüsusi olaraq nəzərə alınmalıdır. Meyvələrin çürüməsi yollarda tullantı yarada bilər. Bu səbəbdən, mütəmadi baxım və təmizləmə işləri vacibdir ki, bu da əlavə xərc tələb edir. Məsələn, ölkəmizdə tut ağacları bəzən yol kənarlarında olarkən ətraf mühitin hədsiz çirklənməsinə və sakinlərin narahatçılığına səbəb olur. 

Meyvə ağaclarının əkilməsi ilə bağlı hüquqi çərçivə və məsuliyyət məsələləri də aydınlaşdırılmalıdır. 

Hər bir halda, ağacların əkilməsi həm ölkənin ekoloji siyasətinə uyğun bir töhfə olar, həm də qlobal dünyaya, atmosferə töhfə gətirə bilər. Belə layihələrin uğuru düzgün planlama və koordinasiyadan asılıdır", - deyə o bildirib.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri