Icma.az
close
up
RU
Статья не опубликована
Bu missiya Ermənistanın destruktiv planlarına dəstək verir Deputat Azər Allahverənov

Bu missiya Ermənistanın destruktiv planlarına dəstək verir Deputat Azər Allahverənov

Icma.az bildirir, Aznews.az portalına istinadən.

“Avropa İttifaqının (Aİ) mülki missiyası artıq uzun müddətdir ki, öz ilkin məqsədindən kənara çıxaraq faktiki olaraq hərbiləşmiş quruma çevrilib. Son baş verən hadisələr də bunu bir daha sübut edir. Belə ki, sonuncu qeydə alınmış insident zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus “UAZ Patriot” markalı avtomobilin müşahidə aparan missiya üzvlərinin olduğu ərazidə olması, avtomobildə iki hərbçinin və dörd mülki şəxsin yer alması diqqət çəkir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat qeyd edib ki, bu mülki şəxslərin əslində Ermənistan silahlı qüvvələri ilə əlaqəli şəxslər olması, onların Aİ missiyası çərçivəsində müşahidələrdə iştirak etməsi bu missiyanın həqiqi mahiyyətini göstərir:

“Əvvəlcə cəmi 40 nəfərlə və qısa müddət üçün nəzərdə tutulan bu missiya zamanla genişləndirildi, say tərkibi artırıldı və hazırda heyət 200 nəfəri ötüb. Onların təxminən 44-ü Ermənistan vətəndaşıdır. Üstəlik, təkcə Aİ yox, Kanada kimi digər ölkələrin də nümayəndələri bu missiyada yer alır. Bu şəxslərin bir çoxu keçmişdə müxtəlif güc strukturlarında və hərbi dairələrdə çalışmış, xüsusi peşə biliklərinə və vərdişlərə sahib insanlardır. Bu da missiyanın sadəcə müşahidə aparmaq məqsədi daşımadığını, eyni zamanda hərbi kəşfiyyat xarakterli fəaliyyət həyata keçirdiyini göstərir. Aİ missiyasının əsas funksiyası ilkin mərhələdə şərti sərhəddə baş verən insidentləri müşahidə etmək, qeydə almaq və tərəflər arasında gərginliyin azaldılmasına töhfə vermək idi. Lakin sonrakı mərhələlərdə missiyanın mandatı genişləndirildi, fəaliyyəti uzadıldı və heyətinin sayı artırıldı. İndi isə bu missiyanın üzvlərinin yüngül silahlarla təmin edilməsi məsələsi gündəmə gəlib. Bu, missiyanın hərbiləşdirilməsi və onun faktiki olaraq tərəfli mövqe tutmasının göstəricisidir”.

Deputat daha sonra bildirib:

“Xüsusilə də çətin dağ relyefinə malik ərazilərdə müşahidələr aparan bu missiya Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini izləyir, onların dislokasiya nöqtələrini qeydə alır və Ermənistan tərəfinə ötürür. Ötən il müşahidə missiyasının gəzdiyi bəzi ərazilərdə sonradan Ermənistan tərəfindən təxribatların törədilməsi təsadüfi deyil. Bu isə göstərir ki, missiya hərbi-strateji məlumatların toplanması və onların emal edilməsi üçün istifadə olunur. Azərbaycan tərəfi dəfələrlə bu missiyanın fəaliyyətinə etirazını bildirib və onun şərti sərhədə yaxın ərazilərdə yerləşməsinin yolverilməz olduğunu vurğulayıb. Aİ-nin Ermənistanla sərhəddə missiyasını genişləndirmək planları, o cümlədən İran və Türkiyə ilə həmsərhəd bölgələrdə də bu fəaliyyəti davam etdirmək niyyəti narahatlıq doğurur.Bununla yanaşı, Aİ missiyası Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin güclənməsinə və destruktiv qüvvələrin fəallaşmasına da xidmət edir. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlar törətmək niyyətində olması və bunun üçün mülki missiya adı altında məlumat toplaması aydın şəkildə görünür”

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi şərti sərhədlərdə bu cür fəaliyyətlərin aparılmasına qəti şəkildə qarşı çıxır və bu mövqeyini beynəlxalq platformalarda da açıq şəkildə bildirir:

“Əgər Ermənistan regionda real sülhün bərqərar olunmasını istəyirsə, bu tipli təxribatçı fəaliyyətlərə son qoymalıdır. Azərbaycanın istənilən təxribatın qarşısını qətiyyətlə aldığı artıq dəfələrlə sübut olunub. Ermənistan nə qədər tez bu sadə həqiqəti qəbul edərsə, bir o qədər tez bölgədə davamlı sülhə nail olmaq mümkün olar.

Beləliklə, Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin hərbiləşdirilməsi və onun real məqsədlərinin Azərbaycan üçün təhlükə yaratdığı açıq şəkildə görünür. Bu missiya Ermənistanın destruktiv planlarına dəstək verməkdə davam edərsə, regionda sabitliyin qorunması və sülh prosesinin irəliləməsi daha da çətinləşəcək”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Fevral 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri