Icma.az
close
up
RU
Bu müasir dövlət idarəçiliyinin əsasını təşkil edir Deputat

Bu müasir dövlət idarəçiliyinin əsasını təşkil edir Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Prezident İlham Əliyevin yeni təyinat alan Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi ölkənin idarəetmə sistemində yeni mərhələnin başlanğıcını göstərir. Bu qəbul həm də dövlət siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə idi".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, dövlətimizin başçısının çıxışı məzmun baxımdan çoxşaxəli idi, burada dövlət idarəçiliyinin mahiyyəti, xalqla birliyin əhəmiyyəti, sosial ədalət prinsipi və regionların iqtisadi inkişafı məsələləri bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunub.

"Prezident İlham Əliyevin “Böyük məsuliyyət böyük işlər tələb edir” fikri hər bir dövlət qulluqçusu üçün fəaliyyətin əsas meyarına çevrilib. Dövlət siyasətinin mərkəzində xalqla birbaşa təmas və xalqa xidmət anlayışı dayanır. Belə ki, vəzifə sahiblərinin başlıca borcu insanların qayğılarına həssaslıqla yanaşmaqdır. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, rəhbərlər öz işləri ilə, əməyilə qarşıda duran vəzifələrin icrası üçün səylərini əsirgəməməlidirlər.

Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də sosial ədalətin təmin olunması idi. Dövlətimizin başçısı bəyan edib ki, hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Bu prinsip dövlət idarəçiliyində həm siyasi, həm də mənəvi məsuliyyət yaradır. Sosial ədalətin bərqərar olması yalnız qanunların icrası deyil, həm də vətəndaşla dövlət arasında etimad münasibətlərinin möhkəmlənməsidir. İdarəetmə sistemində şəffaflıq, məsuliyyət və hesabatlılıq prinsipləri bərqərar olub. Mütərəqqi islahatlar çərçivəsində iqtisadi siyasətin sosialyönümlü olması xüsusi yer tutur. Bölgələrdə məşğulluğun təmin edilməsi, sahibkarların fəaliyyətinə dəstək verilməsi və yerli istehsalın gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir. Kənd təsərrüfatı ilə yanaşı, daxili turizm sahəsində də canlanma müşahidə olunur. Turizmin genişlənməsi, xüsusilə təbii və tarixi potensiala malik bölgələrdə iqtisadi inkişafın sürətlənməsinə səbəb olur. Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri bu çıxışın əsas ideoloji xəttini formalaşdırıb. Vəzifə yalnız idarəetmə vasitəsi deyil, xalqa xidmət missiyasıdır. Rəhbərlərdən tələb olunan əsas keyfiyyətlər səmimilik, ədalət, məsuliyyət və vətəndaşla birbaşa ünsiyyətdir. Yuxarıdan verilən qərarlar yerlərdə vətəndaşların real tələbatına uyğun icra olunur. Bu, həm də mərkəzi və yerli idarəetmənin sinxron işləməsini təmin edən effektiv mexanizmdir. Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər dövlət modelində məsuliyyət, səmimilik və sosial ədalət prinsiplərinin bir daha təsdiqi oldu. Sözügedən çıxış ölkənin gələcək idarəetmə fəlsəfəsinin konturlarını cızdı, burada vətəndaş rifahı, yerli inkişaf, şəffaflıq və dövlətin xalqa xidmət missiyası mühüm önəm kəsb edir. Son illərdə aparılan islahatlar, infrastrukturun yenilənməsi, sosial proqramların icrası və iqtisadi təşəbbüslərin dəstəklənməsi dövlətin məqsədini aydın göstərir. Vətəndaşın rifahı və dövlətin dayanıqlı gələcəyi bir-birini tamamlayan strateji məqsədlərdir. Xalqa xidmət etmək, ədalətli olmaq və məsuliyyətlə işləmək bu müasir dövlət idarəçiliyinin əsasını təşkil edir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri