Icma.az
close
up
RU
Bu, Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir Deputat

Bu, Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə xalqımızın tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi taleyində yeni mərhələnin başlanğıcı oldu”.

Bu sözləri 28 May-Müstəqillik Günü münasibətilə "Unikal"a açıqlamasında Milli Məslisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, 1918-ci il mayın 28-də elan edilən İstiqlal aktı ilə Azərbaycan xalqı sübut etdi ki, o, müasir dövlətçilik ənənələrinə, demokratik idarəçilik düşüncəsinə və milli azadlıq iradəsinə malikdir. “Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının məhz Azərbaycan torpağında qurulması xalqımızın yüksək siyasi təfəkkürünün və milli özünüdərkinin təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa zaman kəsiyində həyata keçirdiyi islahatlar və qəbul etdiyi qərarlar dövlətçilik tariximizdə silinməz iz qoydu. İlk parlamentin və hökumətin formalaşdırılması, dövlət atributlarının təsis edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində atılan addımlar Azərbaycanı regionun ən mütərəqqi siyasi mərkəzlərindən birinə çevirdi. Parlamentdə müxtəlif siyasi qüvvələrin və xalqların təmsil olunması həmin dövr üçün son dərəcə müasir və demokratik yanaşma idi”.

Millət vəkili qeyd edib ki, Xalq Cümhuriyyətinin xarici siyasət sahəsində fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı: “Yeni yaradılmış dövlətin beynəlxalq aləmdə tanınması üçün aparılan diplomatik fəaliyyət Azərbaycanın gələcək dövlətçilik taleyi baxımından mühüm rol oynadı. Paris Sülh Konfransında nümayəndə heyətimizin fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi qəbul olundu. Məhz bu hüquqi və siyasi əsaslar sonrakı dövrlərdə Azərbaycanın dünya siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın milli oyanışı ilə əlaqələndirərək deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

Bu fikir tarixi həqiqəti tam əks etdirir. Həqiqətən də, XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan milli ziyalı təbəqəsi xalqın azadlıq ideyalarını gücləndirmiş, milli dövlətçilik düşüncəsinin əsaslarını yaratmışdı. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra isə Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu, Azərbaycanın geosiyasi imkanlarının reallaşdırılması prosesi başlandı. Məhz həmin dövrdən etibarən Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirərək regionun aparıcı dövlətinə çevrilməyə başladı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkədə demokratik institutların inkişafı, hüquqi dövlət quruculuğu, sosial rifahın gücləndirilməsi və iqtisadi modernləşmə istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz qlobal təşəbbüslərin iştirakçısı və müəllifi kimi tanınır. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi idi. Həmin qərar Cümhuriyyət irsinin daha dərindən öyrənilməsinə, gənc nəslin milli dövlətçilik ənənələri ruhunda yetişməsinə mühüm töhfə verdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalının təsis edilməsi və tarixi üçrəngli bayrağın Vətənə qaytarılması milli yaddaşın möhkəmləndirilməsi baxımından böyük rəmzi məna daşıyırdı. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin idealları müasir Azərbaycanın siyasi inkişaf strategiyasında yaşayır. Demokratik, hüquqi və dünyəvi dövlət modeli Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir. Dövlətçilik tariximizin bu şanlı səhifəsi xalqımızın milli qürur mənbəyi olmaqla yanaşı, həm də gələcək nəsillərə örnək olaraq qalır”.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri