Icma.az
close
up
RU
Bu nəhəng planet kosmos haqqında bildiklərimizi alt üst edir

Bu nəhəng planet kosmos haqqında bildiklərimizi alt üst edir

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Kosmosun dərinliklərində aparılan yeni müşahidələr kainat haqqında məlumatlarımızı dəyişdirməyə davam edir. 

Qaynarinfo xəbər verir ki, son olaraq astronomlar mövcud planet əmələgəlmə nəzəriyyələrinə zidd olan diqqətçəkici bir ikili sistem aşkar ediblər. Kəşf edilən bu sistem təkcə alimləri deyil, kainatın fəaliyyəti ilə maraqlanan hər kəsi təəccübləndirəcək səciyyə daşıyır.

"TOI-6894" adlanan və Günəşin cəmi beşdə biri qədər kütləyə sahib olan, həmçinin Günəşdən təxminən 250 dəfə solğun parlayan bir qırmızı cücə ulduzun ətrafında, Yupiterin 17 faizi qədər kütləsi olan nəhəng qaz planeti fırlanır. "TOI-6894b" adlandırılan bu planetin radiusunun Saturndankından bir qədər böyük, lakin kütləsinin təxminən onun yarısı qədər olduğu müəyyən edilib. Yəni, ulduzun kiçik olmasına baxmayaraq ətrafında dövr edən planetin nəhəng ölçüsü alimləri yeni suallar verməyə vadar edib: Bu qədər kiçik ulduz, necə olur ki, bu cür böyük planetə orbitində qalmağı bacarır?

"Qırmızı cücə" ulduzlar qalaktikamızdakı ulduzların böyük əksəriyyətini təşkil edir. Lakin indiyədək bu tip ulduzların ətrafında böyük qaz planetlərinin mövcudluğu son dərəcə nadir hal hesab olunurdu. Çünki mövcud planet əmələgəlmə nəzəriyyələrinə görə, qırmızı cücə ulduzlar nəhəng qaz planetlərinin yaranmasına imkan verəcək mühiti təmin etmir.

NASA-nın TESS (Tranzitlə Ötən Ekzoplanetlərin Axtarışı Peyki) vasitəsilə ilk dəfə müşahidə edilən və Çilidəki böyük teleskopla (VLT) təsdiqlənən bu sistem mövcud elmi təsəvvürləri tamamilə alt-üst edib. "TOI-6894b" planetinin öz ulduzuna olan məsafəsi, Yer ilə Günəş arasındakı məsafənin yalnız qırxda biri qədərdir və o, orbitini cəmi üç günə tamamlayır. Bu xüsusiyyətlər elm adamlarının planet əmələgəlmə prosesləri ilə bağlı nəzəriyyələrinin ciddi şəkildə yenidən dəyərləndirilməsini tələb edir.

Tədqiqatçılar hesab edirlər ki, "TOI-6894b" kimi nəhəng bir planet, öz ulduzunun ətrafındakı qeyri-sabit cazibə qüvvəsi olan diskdən tədricən qaz toplayaraq əmələ gəlmiş ola bilər. Lakin indiyədək irəli sürülmüş iki əsas model – nüvə yığılması və disk qeyri-sabitliyi – bu sistemin yaranmasını tam şəkildə izah etməkdə yetərsiz qalır.

Varvick Universiteti və London Universitet Kollecindən elm adamlarının qatıldığı bu tədqiqat, qalaktikamızda nəhəng planetlərin nə qədər geniş yayıldığına dair yeni ipucları təqdim edir. Əgər bu qədər kiçik ulduzlar belə nəhəng planetlərə ev sahibliyi edə bilirsə, deməli, Samanyolu qalaktikasında indiyə qədər düşündüyümüzdən qat-qat çox və müxtəlif planet sistemi mövcuddur.

"TOI-6894b" planetinin atmosferinin ətraflı şəkildə öyrənilməsi, onun əmələgəlmə prosesini və daxili quruluşunu daha yaxşı anlamağa kömək edə bilər. Bu heyrətamiz kəşf astronomlara yeni suallar doğurur və planetlərin necə formalaşdığı və kainatda necə yayıldıqları ilə bağlı məlumatlarımızı yenidən nəzərdən keçirməyə sövq edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyun 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri