Icma.az
close
up
RU
“Bu nəticədən sonra rəhbərliyin qarşısına çıxmaq çətindir”

“Bu nəticədən sonra rəhbərliyin qarşısına çıxmaq çətindir”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

UEFA Millətlər Liqasında keçirilən qadın futbolçulardan ibarət Azərbaycan – Litva oyunundan (0:5) sonra millinin baş məşqçisi Siyasət Əsgərov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çox səhvlərimiz oldu. İlk 10 dəqiqədə qızlar komanda olaraq hara düşdüklərini bilmədilər. Uşaqlar çox həyəcanlı idi. Düşünürəm ki, ilk 10 dəqiqədə buraxdığımız qollardan sonra ruhdan düşdük. Fasilədən sonra sistemdə də fərqliliklər etdik. İstədik, qollar vuraq. Şanslarımız oldu, amma sonluq çatmadı. Məğlubiyyətin səbəbkarı mənəm. Komandaya da dedim. Belə məğlubiyyət olmamalı idi. Bu rəqib İspaniya, Danimarka deyil. Onları səfərdə məğlub etmişdik. Komanda sanki rəqibə yuxarıdan aşağı baxdı. Tribunaya gələnlərə təşəkkür edir, komanda adından üzr istəyirəm.

– Millidən rahat 4 qol gözləyirdim. Günahkarın siz olduğunu dediz. Nədə səhv etdiniz?

– Bugünkü oyunda ilk dəfə fərqli sistemlə – 5-3-2 ilə çıxdıq. Çoxlu qollar vurmaq istəyirdik. Öndə çoxaldıq, amma cinahlarda boşluqlar verdik. Rəqib də bundan yaxşı istifadə etdi. 3 mərkəz müdafiəçi ilə oynadıq. Arxa xətt oyunçularımız rəqibə nisbətən daha ləng idi.

– Nazlıcan, Bakaradze nə üçün oynamadı? Aytac isə ehtiyatda başladı…

– Nazlıcan vərəqə cəzalısı idi. Bakaradze isə zədələnib. Aytac zədədən yeni qayıtmışdı. Həm də son oyunlarda Nərgiz yaxşı təsir bağışlamadı.

– Federasiya rəhbərliyi qələbə üçün hansısa mükafat vəd etmişdi?

– Uşaqlara dedim ki, Azərbaycanda keçirdiyimiz yeganə oyundur ki, azarkeşlər bu qədərdir. Rəhbərliyin qadın futboluna baxışı yüksək səviyyədədir, dəstək olurlar. Mükafata gəlincə, gərək qələbə qazanasan ki, nəsə alasan. Bu nəticədən sonra rəhbərliyin qarşısına çıxmaq çətindir. Rəhbərliyin qadın futbolu ilə bağlı yaxşı fikirləri var. Qələbə qazansaydıq, yəqin, qarşılığı olardı.

– Aysun Seydiyeva karyerasını nə üçün bitirib?

– Aysunu futbola mən qaytarmışam. Ana olduqdan sonra da yığmaya qaytarmışam, dəstək olmuşam. Bəzi anılarda diqqətsizlik ola bilər. Biz onun qərarına hörmətlə yanaşırıq. Komanda daxilində problem yoxdur.

– Düşünmürsüz ki, qızlar sizinlə işləmək istəmir?

– Bilsəm ki, fayda vermirəm, burda qalmaram.

– Süni örtüklü meydança oyununuza nə dərəcə təsir etdi?

– Hücumçumuz qaçmağda çətinlik çəkir. Məşq prosesində də qaçan zaman ayağında ağrılar oldu. Onunla yanaşı, daha bir futbolçumuz zədə almışdı. Sintetik örtüyün bizə xeyri yoxdur. Amma bunun bəhanə olmasını istəmirəm.

– Yığmadakı gələcəyinizi necə görürsünüz?

– Bu hesabdan sonra rəhbərliyin sualları olacaq. Rəqib o dərəcə güclü komanda deyil. Bir məğlubiyyətlə buranı buraxacağıqsa, gərək özümüzə yer axtaraq. Qaçmaq asandır, önəmli olan vəziyyəti düzəltməkdir. Səhvlərdən nəticə çıxarmalıyıq. Düzəlmirsə, getməliyəm. Düşünürəm ki, bu qədər gözəl işlər görüb, bir məğlubiyyətə görə getmək doğru olmaz. Məğlubiyyət məni çox üzdü. Qələbə üçün meydana çıxmışdıq. İndi məğlubiyyətdən sonra şanslarımız da çətindir. Monteneqro qələbə qazansa, pley-off oynayacağıq, uduzsa isə bütün şansımız bitəcək.

– Premyer Liqa klubları burda oynayır və həmişə narazılıq edir. Burda oynamağa səbəb nə idi?

– Düşünürdük ki, azarkeşlər gələcək və yaxşı oyun göstərəcəyik. Azarkeşlərin oyunlara gəlməsi üçün hər şeyi etdik.

– Millinin bir neçə futbolçusu şou xarakterli Media Liqada oynadı. Bu haqda fikirləriniz nədir?

– Bu, reklam xarakterli idi. Məqsəd qadın futboluna diqqəti artırmaqdır.

– Bu gün Fidanın oynamamağı nə ilə bağlıdır?

– Zədəsi yoxdur. Media Liqada yüngül zərbə almışdı. İndi oynamaması bununla bağlı yox, forması ilə bağlıdır.

– Toplanışa yeni futbolçular cəlb olunmuşdu. Onların durumu nə yerdədir?

– Bu gün qazancımız iki gənci oynatmağımızdır. Ayşən və Xanım 17 yaşındadır. Bugünkü yeganə qazanc bu oldu. Aşağıdan gələnlərlə bağlı ürəkaçan durum yoxdur. Çətin durumdayıq. Ümid edirəm, tez zamanda aşağı yaş qruplarından bacarıqlı uşaqlar gələr.

– “Neftçi”nin də baş məşqçisisiniz. Çempionlar Liqasına hazırlıq gedir?

– Hələ püşk atılmayıb. Rəhbərliyin mənimlə davam edib-etməyəcəyini bilmirəm. Ötən il ÇL-də yaxşı nəticələr olmadı. Bu il də birinci mərhələdən başlayacağıq. Çətinliklərimiz olacaq. Püşk üzümüzə gülsə, mərhələ adlaya bilərik.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 May 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri