Bu obyektlərə hüquqi mühafizə verilməyəcək Prezident təsdiqlədi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Patent haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri, təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri, istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Mart 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















