Icma.az
close
up
RU
Bu ölkədə 2 kiloqramlıq yaqut tapıldı Tarixdə ikincidir

Bu ölkədə 2 kiloqramlıq yaqut tapıldı Tarixdə ikincidir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənub-Şərqi Asiyada yerləşən Myanma Respublikasında 11 min karatlıq nəhəng yaqut aşkarlanıb. 
Demokrat.az
xəbər verir ki, mütəxəssislər onu ölkənin müasir tarixində ən böyük və ən qiymətli daşlardan biri hesab edirlər.
Qiymətli daş Mandalay bölgəsində yerləşən Moqok rayonunda tapılıb. Bu ərazi uzun illərdir zəngin daş yataqları ilə tanınır.
Tapıntı ölkədə böyük rezonans doğurub. Myanma hərbi xuntasının lideri Min Aun Hlayn hökumət nümayəndələri ilə birlikdə yaqutu şəxsən nəzərdən keçirib.
Myanma prezident administrasiyasının məlumatında bildirilir:
“Yaqutun çəkisi 2200 qramdır (11 min karat). Bu onu son dərəcə böyük, nadir və tapılması çətin daş edir. Nəhəng yaqut sarımtıl əlavələrlə bənövşəyi-qırmızı rəngə malikdir və rəng keyfiyyətinə görə yüksək səviyyəli hesab olunur. Daş orta şəffaflığa və güclü şüşəvari parlaqlığa malikdir. O, heç bir emal və ya süni yaxşılaşdırma aparılmadan təbii vəziyyətdə qalıb”.
Məlumata görə, bu yaqut çəkisinə görə Myanmada indiyədək tapılmış ikinci ən böyük yaqutdur. Daha iri daş 1996-cı ildə eyni bölgədə aşkarlanmış və 4290 qram (21 450 karat) çəkidə olmuşdu.
Bununla belə, yeni tapıntının rənginə, şəffaflığına və ümumi keyfiyyətinə görə daha dəyərli olduğu vurğulanır.
“CBS News”un yazdığına görə, dünya üzrə yaqut hasilatının təxminən 90 faizi Myanmada, əsasən Moqok bölgəsində həyata keçirilir.
Eyni zamanda hüquq müdafiə təşkilatları dəfələrlə bildiriblər ki, qiymətli daşların ixracından əldə olunan gəlirlər qismən ölkədə hakimiyyəti ələ keçirmiş hərbi xuntanın, qismən isə ona qarşı mübarizə aparan silahlı qrupların maliyyələşdirilməsinə yönəlir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 May 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri