Bu ölkədə evlilik yaşı doqquza endirilə bilər
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İraqda qızların evlilik yaşının iki dəfə azaldılması ilə bağlı qanun layihəsi müzakirə olunur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qanun layihəsi İraqdakı ultra-mühafizəkar müsəlman partiyalarının alyansı tərəfindən parlamentə təqdim edilib.
Nəşrin məlumatına görə, sentyabrın 16-da İraq parlamentində qızlar üçün nikah yaşının 18-dən 9-a endirilməsi ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib. İndi sənədin dövlət başçısı tərəfindən təsdiqi gözlənilir.
Ölkə hökuməti izah edib ki, nikah yaşının aşağı salınması İraqı İslam qanunlarının daha düzgün şərhinə yaxınlaşdıracaq və gənclərin əxlaqsız münasibətlərdən qorunmasını təmin edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Baxış sayı:89
Bu xəbər 11 Noyabr 2024 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















