Uğur Özdemir: “Əsas qələbədir”
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Sumqayıt"ın baş məşqçisi Uğur Özdemir Azərbaycan Basketbol Liqasının VII turunda "Ordu" üzərində qazanılan 123:88 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın komandası üçün hazırlıq görüşü xarakteri daşıdığını bildirib:
"Komandamı təbrik edirəm. Rəqibin vəziyyəti ortada idi, amma biz bacardıqca oyuna tam köklənməli idik. Bu matç bir növ bizim üçün hazırlıq görüşü oldu. Vəziyyətdən yararlanıb rotasiyaya əl atdıq, yerli oyunçuları sınadıq".
Özdemir qarşıdakı fasilədən maksimum yararlanmaq niyyətində olduqlarını da vurğulayıb:
"Qarşıdakı iki həftədə fasilədən maksimum yararlanıb növbəti oyunları düşünəcəyik. Belə fərq olacağını gözləyirdik? Oyun başlayanda bunu artıq hiss etdik. Amma bu, bizim üçün elə də böyük əhəmiyyət kəsb etmədi. Əsas qələbədir!".
Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada meydan sahibləri rəqibini 35 xal fərqi ilə məğlub edərək mövsümdə üçüncü qələbəsini qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Noyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















