Icma.az
close
up
RU
Bu ölkədə qadınlar da əsgər gedəcəklər

Bu ölkədə qadınlar da əsgər gedəcəklər

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Almaniya hökuməti, orduya daha çox əsgər cəlb etmək məqsədilə bir sıra dəyişiklikləri əhatə edən yeni qanun layihəsini gündəmə gətirib.

"Cebheinfo.az" "Bild" qəzetinə istinadən xəbər verir ki, Alman ordusunun (“Bundeswehr”) hazırda 183 min olan əsgər sayısının qarşıdakı illərdə 260 minə çatdırılması və əlavə olaraq 200 min nəfərlik ehtiyat qüvvənin yaradılması hədəflənir.

Lakin könüllü müraciətlərin kifayət etmədiyi halda bu tənzimləmə məcburi ola bilər.“Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanuna layihəsinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən 18 yaşlı bütün kişilər onlayn sorğu dolduracaq.

Qadınlar üçün iştirak könüllü olacaq. 2027-ci il iyulun 1-dən etibarən yoxlama kişilər üçün məcburi olacaq.Hər il təxminən 200 min gənc sağlamlıq və uyğunluq testindən keçəcək. Sorğunu və ya yoxlamanı rədd edənlərə pul cəriməsi tətbiq olunacaq.Layihəyə görə, gəncləri orduya cəlb etmək üçün maaş və dəstək də artırılır. Hazırda aylıq məvacib 1 840 avro olan ödəniş 2 700 avroya yüksəldiləcək. 

Yaşayış, yemək, qatar səfərləri və tibbi xidmətlər pulsuz olacaq. Ən azı 12 ay xidmət edənlərə 3.500 avro sürücülük vəsiqəsi dəstəyi veriləcək. Xidmət müddətini uzadanlara aylıq 150 avro mükafat ödənəcək.Hökumət 2026-cı ildə 20 min, 2030-cu ildə isə 38 min könüllüyə çatmağı hədəfləyir. 

Bütün əsgərlər avtomatik olaraq ehtiyat qüvvələrə qeydiyyata alınacaq.Layihəyə görə, illik xərclərin 2026-cı ildə 495 milyon avrodan, 2029-cu ildə isə 849 milyon avroya yüksələcəyi gözlənilir.Könüllü müraciətlər hədəflənən səviyyəyə çatmasa, parlamentin təsdiqi ilə məcburi hərbi xidmət yenidən başlana bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri