Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Daha iki ölkədə qadınlar əsgər gedəcək bəs bizdə...

Daha iki ölkədə qadınlar əsgər gedəcək bəs bizdə...

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində qadın hərbi qulluqçular xidmət aparırlar

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Hərbi idarə bu addımını bu sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması ilə izah edib.

Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Nazir bildirib ki, bu addım yalnız orduya yeni qüvvələrin cəlb edilməsi deyil, həm də gender bərabərliyinin təmin olunması baxımından vacibdir.

“Bloomberg”in məlumatına görə, Latviya 2021-ci ildə 15 min nəfər olan ordusunun sayını 2028-ci ilə qədər iki dəfədən çox artıraraq 31 min nəfərə çatdırmaq istəyir. Hazırda ölkədə milli müdafiə strategiyası çərçivəsində könüllülərin, peşəkar hərbçilərin və məcburi xidmətə çağırılanların sayı artırılır. Qadınların da bu prosesə qoşulması ilə Latviya ordusunun daha çevik və sayca böyük hərbi qüvvəyə çevriləcəyi vurğulanır.

Bildirilir ki, Azərbaycanda qadınların da hərbi xidmətə könüllü olaraq qatılması üçün hüquqi baza formalaşdırılması istisna edilmir. Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.

Bəs bizim ölkəmizdə qadınları həqiqi hərbi xidmətə cəlb edilməsi nə qədər realdır? Ümumiyyətlə, qalib Ordumuzda buna ehtiyac varmı? Yəni söhbət təkcə silahlı qüvvələrin say cəhətdən artırılmasından getmir, gender bərabərliyi, qadınların da döyüşə hazırlıq təcrübəsinin olması baxımdan belə bir qərar mümkündürmü, yoxsa mental dəyərlərimizə uyğun deyil?

Ramil Məmmədli

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a danışıb. Ekspert qadınların məcburi hərbi xidmətə çağırılmasını məqsədəuyğun hesab etmədiyini deyib: “Ümumiyyətlə, bu mövzu zaman-zaman Azərbaycan mediasında müzakirə mövzusuna çevrilib. Bununla bağlı müxtəlif müzakirələrə çıxışlar da edilib, hətta efirlərdə də bu barədə danışıqlar aparılıb. Ümumilikdə bu, olduqca zərərli bir tendensiyadır - Azərbaycan cəmiyyətində qadınların məcburi hərbi xidmətə çağırılmasının müzakirə edilməsi məsələsi.

Bir sıra Qərb ölkələrində, o cümlədən İsraildə qadınların hərbi xidmətə cəlb olunması qanunla tənzimlənir. İsrail nümunəsində bu, gender bərabərliyi məsələsinə başqa aspektdən yanaşmaqla izah olunur. Lakin Azərbaycanda, Qafqazda, eləcə də türkdilli müsəlman ölkələrində əsrlərdir formalaşmış və daşlaşmış bir ictimai ənənə var: qadının ailədə, cəmiyyətdə xüsusi yeri mövcuddur. Qadın mühüm postlar tuta bilər, mülki təyinatlı strukturlarda, hətta hərbi təyinatlı sahələrdə də müvafiq vəzifələrdə çalışa bilər. Amma bu, onların kişilərlə eyni sırada məcburi hərbi xidmətdə addımlaması demək deyil.

Bununla belə, demək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətində qadın hərbi qulluqçular xidmət aparırlar. Onların xidmətə cəlb olunması könüllülük əsasında həyata keçirilir.

Bəli, Azərbaycanda da qadınların könüllü olaraq hərbi xidmətə qoşulması üçün hüquqi baza formalaşdırılması istisna edilmir. Diqqətinizə çatdırım ki, qadınların hərbi xidmətə könüllü şəkildə qoşulması və hərbçi olması Azərbaycan qanunları ilə tənzimlənir. Hazırda qeyd etdiyim güc strukturlarında qadın hərbi qulluqçular fəaliyyət göstərir.

Lakin qoşun növlərində ağır xidmət yerlərində bu həyata keçirilmir. Ümumiyyətlə, qadınların məcburi hərbi xidmətə çağırılması təcrübəsi adətən əhalisi az olan, kişi vətəndaşlarının sayı kifayət etməyən ölkələrdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə tətbiq edilir. Əks təqdirdə, qadınların məcburi hərbi xidmətə çağırılması məqsədəuyğun hesab edilmir.

Yəni bu mövzunun hər dəfə ölkəmizdə müzakirəyə çıxarılması, sadəcə olaraq, belə bir informasiya ilə Azərbaycan cəmiyyətinə müəyyən fikirləri təlqin etmək, məsələni adiləşdirmək və sonda hansısa mərhələdə qadınların məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı qərarın verilməsinə zəmin yaratmaq məqsədi daşıyır.

Düşünürəm ki, Azərbaycanda ölkəni qoruyacaq, dövlətin müdafiəsini təmin edəcək kifayət qədər kişi var. Azərbaycan gənclər ölkəsidir, əhalisinin çoxunu gənclər təşkil edir. Ermənistan üzərində qələbə qazandığımızı nəzərə alsaq da, Azərbaycan kişisinin gücü və imkanları hələ də tam dəyərləndirilməyib. Hesab edirəm ki, Azərbaycan bu sahədə - ordunun inkişafı, müdafiə sənayesinin güclənməsi istiqamətində mühüm uğurlara imza atacaq".

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İcitmai Birliyinin sədri Mehriban Zeynalova da qadınların məcburi əsgərliyə cəlb edilməsini doğru hesab etmədiyini deyib: “Bir çox ölkələrin təcrübəsində, o cümlədən İngiltərədə və Türkiyənin özündə könüllü əsgərliyə getmək praktikasına rast gəlirik. Onların qanunvericiliyində bu, ya ödənişlə, ya da müəyyən şərtlər çərçivəsində həyata keçirilir. Əgər kişilər üçün bu könüllülük prinsipi ilə mümkündürsə və orduya hazırlıqlı əsgər lazımdırsa, hansı qadın buna maraq göstərirsə, ona məhdudiyyət qoyulmamalıdır. Yox, əgər bu, məcburi qaydada tətbiq edilirsə, hesab edirəm ki, bu düzgün deyil. Seçim və bərabərlikdən danışırıqsa, qadın özü istədiyi halda hərbi xidmətə getməlidir.

Xatırladım ki, 2-ci Qarabağ müharibəsində xeyli sayda qadınımız müharibəyə getmək üçün müraciət etmişdi. Birinci Qarabağ müharibəsində isə qadınların birbaşa ön cəbhədə döyüşdükləri faktlarla təsdiqlənib. Bu da göstərir ki, qadınlarımızın vətənpərvərlik ruhu yüksəkdir. Amma əsgərlik məsələsində daha məqsədəuyğun yol məcburilik deyil, könüllülük imkanlarının yaradılması olardı. Qadın hərbçi olmaq istəyirsə, bunun üçün xüsusi şərait və infrastruktur qurulmalıdır. Hətta ayrıca qadın batalyonlarının yaradılması da faydalı ola bilər. Mənə elə gəlir ki, bu proses məcburi yox, seçimin ixtiyarına buraxılmalıdır.

Ümumiyyətlə, müşahidə edirik ki, dünyanın bir çox ölkələri silahlanmaya doğru gedir. Bu da onu göstərir ki, həmin ölkələrdə müəyyən narahatlıq və gərginlik mövcuddur. Biz daim sülhdən danışırıq, bölgədə təhlükəsizliyi gücləndirməyə çalışırıq. Amma eyni zamanda digər ölkələr qadınların da orduda xidmət etməsini təşviq edir, bu isə əslində yeni silahlanma yarışının bir hissəsi kimi görünür. Hesab edirəm ki, bu, yaxşı işarə deyil". /Yeni Müsavat/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:358
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri