Icma.az
close
up
RU
Doktorantura oxusalar da, əsgər gedəcəklər Oğlanlar DİQQƏTLƏ OXUSUN

Doktorantura oxusalar da, əsgər gedəcəklər Oğlanlar DİQQƏTLƏ OXUSUN

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elmi karyerasını (doktorantura) xaricdə davam etdirən gəncləri, xüsusən oğlanları bir sual düşündürür. Hərbi xidmətdən təsil almaq üçün verilən möhlət hüququ bitəndən sonra onlar əsgərliyə gedəcəklər, yoxsa azad olunacaqlar? “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən yeniliklər bir tərəfdən tələbələr üçün möhlət yaşını sərtləşdirirsə, digər tərəfdən xarici ölkələrdə alınmış fəlsəfə doktoru və elmlər doktoru diplomlarının tanınması mexanizmlərini gündəmə gətirir. Artıq yalnız harada oxumaq deyil, həm də alınan elmi dərəcənin Azərbaycanda necə və hansı şərtlərlə tanınacağı əsas müzakirə mövzusuna çevrilib.

Bəs görəsən, xarici ölkədə doktorantura oxuyan şəxslərin diplomları Azərbaycanda hansı meyarlara əsasən tanınır? Tanınmadığı halda onlara yenidən təhsil almaq üçün hərbi xidmətdən möhlət verilirmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Lent.az-a bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi müəyyən olunub.

Cavabdan aydın olur ki, 26 yaşdan sonra oğlanlara yenidən magistrda və bakalavrda oxumaq üçün möhlət hüququ verilmir. Lakin istisna olaraq, doktoranturaya qəbul olan şəxslərə möhlət verilir. Onların elmi dərəcələri təsdiqləndiyi halda isə ömürlük hərbi xidmətdən azad olunurlar.

Bəs görəsən, xarici ölkədə alınan diplomlar necə tanınır?

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Lent.az-a bildirildi ki, xarici ölkədə alınmış və leqallaşdırılmış (və ya apostil verilmiş) fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri haqqında sənədlərin tanınması həmin elmi dərəcə haqqında xaricdə verilmiş müvafiq sənədlər əsas götürülməklə həyata keçirilir:

“Elmi dərəcə haqqında sənədin tanınması qaydaları Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin 7-ci hissəsi ilə tənzimlənir. Həmin Əsasnamənin 7.6-cı bəndinə müvafiq olaraq Komissiya təkrar attestasiya zamanı dissertasiya işini ekspertiza üçün müvafiq elm sahəsi üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şurasına göndərir. Ekspert şurasında dissertasiyanın elmi dəyəri və iddiaçının müvafiq elmi dərəcəyə uyğunluq səviyyəsi qiymətləndirilir. Əsasnamənin 7.7-ci bəndinə uyğun olaraq təkrar attestasiya zamanı iddiaçı Komissiyanın qərarı ilə ekspert şurasına dəvət olunur. Əsasnamənin 7.8-ci bəndinə əsasən Komissiya ekspert şurasının tövsiyəsi əsasında xaricdə verilmiş elmi dərəcə haqqında sənədin tanınmasına dair qərar qəbul edir.

Xarici ölkədə verilən dərəcələr Azərbaycanda təkrar attestasiyadan keçirilir

Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri Komissiya tərəfindən təkrar attestasiyadan keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində müvafiq elm sahəsində fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrinə ekvivalent sayılır.

Müxtəlif ölkələrdə doktorantura təhsili üzrə şərtlər, təhsilalma formaları, tədris ili, təhsil müddəti və digər göstəricilər fərqli ola bilər. Bu baxımdan, elmi dərəcələrin tanınması məsələsinə qanunvericiliyin tələbləri gözlənilməklə Komissiyanın Rəyasət Heyətinin 31.01.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin Siyahısı" (https://aak.gov.az/single/483) üzrə sənədlər təqdim edildikdən sonra Komissiyada baxılır və müvafiq qərar qəbul edilir.

Xarici ölkədə alınmış fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin tanınması zamanı fəlsəfə doktoru imtahanlarının verilməsi tələb olunmur.

Son 5 ildə xarici ölkədə alınmış fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri haqqında sənədləri tanınmış şəxslərin və universitetlərin siyahısı ilə linkə (https://aak.gov.az/academic_degree) keçid edərək tanış ola bilərsiniz",-deyə qeyd olundu.

Rəsmi cavablara əsasən, onu deyə bilərik ki, əgər şəxsə xaricdə doktorantura təhsili almaq üçün möhlət hüququ verilibsə, lakin onun diplomu Azərbaycanda tanınmırsa, o zaman universiteti bitirdiyi an hərbi xidmətə çağırılacaqlar. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə;

Eyni əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:626
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri