Icma.az
close
up
RU
Bu ölkədə yaşı 16dan az olanların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Bu ölkədə yaşı 16dan az olanların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ölkədə yaşı 16-dan az olanların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qanun qəbul olunarsa, texnoloji şirkətlər bu qadağanı pozduqlarına görə, 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon ABŞ dolları) qədər cərimə ödəyəcəklər.

Avstraliyanın rabitə naziri Mişel Rouland layihəni "dünyada aparıcı sosial media islahatı" olaraq xarakterizə edib.
"Bu islahat gəncləri qorumaq və valideynlərə onların tərəfində olduğumuzu göstərmək üçündür"- nazir deyib.

Qanun layihəsinə görə, sosial media platformaları yaş həddini pozan istifadəçilərin hesab açmasının qarşısını almaq üçün ağılabatan addımlar atmalıdır.
Bu addımları atmayan şirkətlərə böyük məbləğdə cərimələr tətbiq olunacaq. Qadağanın TikTok, X (keçmiş Twitter), instaqram və snapçat kimi məşhur platformaları əhatə edəcəyi gözlənilir, lakin qadağan olunmuş xidmətlərin dəqiq siyahısı hələ açıqlanmayıb.

CNN-in xəbərinə görə, qanun layihəsi həm hökumət, həm də müxalifət partiyaları tərəfindən dəstəklənib və qəbul olunarsa, bir il ərzində qüvvəyə minəcək.
Bu tənzimləmə uşaqların onlayn zorakılıq səbəbiylə öz həyatlarına qəsd etməsi ilə bağlı son kədərli hadisələrdən sonra gündəmə gəlib.
Bundan əlavə, valideynlərdən övladlarının onlayn olmaq istəklərinin öhdəsindən gələ bilmədiklərindən şikayətləniblər.
Hökumət yaşın yoxlanılması texnologiyasını sınaqdan keçirmək üçün Böyük Britaniya mərkəzli Yaş Yoxlama Sertifikatlaşdırma Sxemi ilə pilot layihənin tətbiqinə başlayıb.

Avstraliyada dünyada ilk dəfə olaraq biometrik məlumatlardan və ya dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsidən istifadə edə bilən yaş yoxlama sistemi mövcuddur.

Digər tərəfdən İngiltərə Texnologiya naziri Peter Kayl 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən yeni qanunun gündəmdə olduğunu bildirib. "X" platformasının sahibi İlon Mask isə sözügedən qərarı tənqid edib. O, hökumətin qəbul etdiyi bu qərarı sosial mediaya nəzarət taktikası kimi şərh edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 23 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see209

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see190

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see157

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri