Icma.az
close
up
RU
Bu ölkələr “müharibəyə” başlayır İslam dünyasına liderlik uğrunda

Bu ölkələr “müharibəyə” başlayır İslam dünyasına liderlik uğrunda

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında III Dünya müharibəsinin başladığını bəyan edib. O bildirib ki, bunun əsas əlamətləri təkcə Ukrayna və Yaxın Şərqdə gedən müharibələr deyil, həm də mövcud beynəlxalq nizamın qaydalara əsaslanan sonunun qoyulmasıdır.

“Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Hüququ güc müəyyən edir ki, bu da dünyada çoxsaylı əsaslandırılmış hərbi münaqişələrə səbəb olacaq”, – Saakaşvili deyib.

III Dünya müharibəsinə start verildimi? ABŞ və Çin İsrail–İran münaqişəsinə qoşula bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, III Dünya müharibəsinin başlaması ehtimalı azdır:

“Dünya müharibəsinin baş verməsi üçün ittifaq ölkələrin üz-üzə dayanması lazımdır. Ki, bu müharibədə ABŞ-İsrail cəbhəsinin qarşısında rejimdən savayı heç bir qüvvə dayanmır, hətta İran daxilində belə monolit mövqe yoxdur.

Rusiya üçün İranın hədəf seçilməsi həm bütün diqqətin özünün apardığı müharibədən yayınması, həm də Ukrayna məsələsində bazarlıq imkanlarının artması baxımından sərfəlidir.

Çin isə iştirak etmədiyi münaqişələrə qoşulmaq niyyətində deyil – xüsusilə iqtisadi planları fonunda. İran müharibəsi Pekin üçün iki şans yarada bilər:

1.ABŞ-ın resurslarını bura yönəltməsi nəticəsində Çinin ətrafında müəyyən sakitlik yaranır;

2.İran ABŞ üçün uzunmüddətli problemə çevrilə bilər.

Asif Nərimanlı

Ekspert deyib ki, İrana hücumu geosiyasi maraqlarına uyğun hesab etməyən Avropa proseslərin inkişafını dəyişdirə bilməyəcəyi üçün ABŞ-ın mövqeyi ətrafında qərarlaşıb:

“Pakistan İrana hücumu pislədə də, “İsrailə nüvə hücumu edəcəyik” iddialarını təkzib edib: İslamabadın Tehrana dəstəyi ritorik müstəvidədir.

Körfəz ölkələri regionda proksi qüvvələri bəsləyən İranın düşdüyü vəziyyətdən məmnundur. Bu həm də İslam dünyasında liderlik amili baxımından onlara sərfəli görünür.

Regionda həlledici oyunçu olan Türkiyə həm NATO üzvü kimi, həm də regional maraqları fonunda müharibəyə müdaxilə etmək niyyətində deyil. Belə bir perspektivin yaranması ehtimalı da görünmür. Ankara problemin masada həll edilməsi ideyasının lokomotivi rolunda çıxış edir”.

Analitik bildirib ki, mövcud mənzərədə İran rejimi təklənmiş vəziyyətdədir:

“İran cəbhəsində yalnız ciddi şəkildə zəifləmiş proksi qüvvələr yer ala bilər. Eyni zamanda, Tehran “şiə oxu” adlandırdığı coğrafiyaya müəyyən ümidlər bəsləyir. Hərçənd, bu coğrafiyada da artıq İrana arxa çevirənlər var. Müqtəda əs-Sədrin “İraq İran-İsrail müharibəsinə qarışmamalıdır” açıqlaması xüsusilə diqqət çəkir.

İranın hədəf seçilməsi bütün regional və geosiyasi oyunçular üçün bu və ya digər formada sərfəli görünür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri