Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Bu, ölkəmizin Avropa üçün nə qədər önəmli olduğunu təsdiqləyir

Bu, ölkəmizin Avropa üçün nə qədər önəmli olduğunu təsdiqləyir

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər dünyada davam edən münaqişələr və gərginliklər Avropanın regionumuza yönəlik geosiyasi baxışında böyük transformasiyaya səbəb olub. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda “soyuq müharibə”dən sonra formalaşmış köhnə təhlükəsizlik və enerji modeli artıq iflasa uğrayıb. Enerji təchizatında birtərəfli asılılıqlardan qurtulmağa çalışan Avropa Birliyi çoxtərəfli dünyada müstəqil geosiyasi aktor olmaq üçün yeni coğrafiyalara üz tutur. Məhz bu baxımdan Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə münasibətlər Avropa və onun aparıcı dövləti olan Almaniya üçün getdikcə daha böyük önəm qazanmaqdadır.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri də məhz bu baxımdan diqqəti cəlb edir:

“Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə dərinləşən gərginlik və qlobal təchizat zəncirlərinin pozulması XXI əsrin geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirib. Uzun illər təhlükəsizliyini əsasən ABŞ-yə, enerji təminatını Rusiyaya, iqtisadi inkişaf modelini isə Çin bazarına söykəyən Avropa İttifaqı yeni beynəlxalq reallıqlar fonunda bu modelin dayanıqlı olmadığını aydın şəkildə gördü. Nəticədə Brüssel enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edərək Avrasiyanın yeni geoiqtisadi xəritəsinə fərqli prizmadan baxmağa başladı. Məhz bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi.

Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur”.

Millət vəkilinin sözlərinə görə, Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun mətbuata bəyanatında dediyi “Bütün Cənubi Qafqaz biz avropalılar üçün imkanlar regionu, ümid bəslədiyimiz bir regiondur. Azərbaycanın burada aparıcı rol oynaması yaxşı haldır və məhz buna görə də bu, vacibdir” fikirləri ölkəmizin Avropa üçün nə qədər önəmli olduğunu təsdiqləyir:

“Bu ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya yüksək səviyyədə səfəri və səfər çərçivəsində imzalanan sənədlər də xüsusi vurğulanmalıdır”.

Noyabrın 17-də dövlətimizin başçısı Almaniyanın xarici işlər nazirini qəbul edərkən iyulda cənab Prezidentin Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunuldu – deyən Samir Vəliyev əlavə edib ki, geniş Avropa kontekstində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər xüsusi əhəmiyyət kəsb edir:

“Avropa Birliyinin ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir”.

Deputat həmçinin Azərbaycanla Almaniya parlamentləri arasında da əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü olan Almaniya Bundestaqının deputatları Daniel Kölbi və Lamya Kaddor Milli Məclisdə olub, deputatlarla görüş görüşüblər:

“Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb”.

“Bütün bunlar göstərir ki, Avropa, xüsusilə bu qitənin lokomotivi olan Almaniya ilə Azərbaycanın münasibətləri yeni mərhələyə qədəm qoyub” – deyə, Samir Vəliyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri