Icma.az
close
up
RU
Bu, OMON çuların təhqirlərinə daha mədəni cavabdır...

Bu, OMON çuların təhqirlərinə daha mədəni cavabdır...

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə polis əməkdaşları tərəfindən aşkar edilərək zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda qruplaşma üzvlərinin əhatə dairəsi, əməlləri, bağlantıları və törətdikləri digər cinayətlərlə bağlı geniş əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Etno-kriminal mahiyyətli 2 qruplaşmanın üzvləri barəsində məhkəmə tərəfindən müvafiq qərar veriləcək.

Bildirilir ki, Azərbaycanda məskunlaşmış Rusiya vətəndaşlarından ibarət bu etno-kriminal qrupların qanunsuz əməlləri, fəaliyyət istiqamətləri bir müddətdir ki, polis tərəfindən nəzarətə götürülübmüş. Həmin şəxslərin əhatə dairəsinin müəyyən edilməsi ilə bağlı lazımi təqib və izləmə işləri həyata keçirilib. Qrupun əsas üzvlərinin kimliyinin müəyyənləşdirilməsindən sonra isə əməliyyat keçirilməsinə və onların hər birinin tapılaraq məsuliyyətə cəlb edilməsinə start verilib. Polis tərəfindən dərhal təxirəsalınmaz tədbirlərlə iki qruplaşmanın üzvləri eyni vaxtda yaxalanıblar.

Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri və müvafiq istintaq addımları davam etdirilir.

Azərbaycanda özlərinin kriminal qruplaşmalarını yaradan Rusiya vətəndaşlarının saxlanılması və məsuliyyətə cəlb edilməsi təkcə azərbaycanlıların yox, uzun illərdir Rusiyada təhqir olunan, döyülən, öldürülən müsəlmanların, Mərkəzi Asiyadan olanların, Şimali Qafqaz sakinlərinin – hamısının bir növ qisası, iç səsidir. Çirkli ayaqqabı ilə məscidlərə girib özünü vəhşicəsinə aparan OMON-çuların hər fürsətdə etdikləri təhqirlərə, aşağılamalara daha mədəni və qanuni cavabdır.

Rusiyanın “qanun keşikçiləri”nin insanlığa sığmayan davranışlarına tarixin bütün səhifələrində demək olar ki, əksər qonşu xalqlar şahid olub və bundan əziyyət çəkib. Rusiya hökumətinin şovinizm, islamafobiya, faşizm, irqçilik siyasətində əsas dəyənəyi kimi ön plana çıxan OMON qüvvələrinin bir vaxtlar bu ölkədəki çoxmənşəli miqrantların, hətta humanist ruhlu rusların belə kabusuna çevrilmiş skinhed dəstələrinin yolunu getməsi ikrah doğurmaqla yanaşı, Rusiyaya qarşı dünya xalqlarında formalaşmış kin və qəzəbi daha da artırır.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri