Bu oyuncağı almayın Nazirlikdən toplatma QƏRARI
Icma.az bildirir, News24 portalına istinadən.
Türkiyənin Ticarət Nazirliyi 22 iyul tarixində yenilənmiş siyahısında təhlükəli bir uşaq oyuncağını açıqlayıb. İstanbul Bağcılar bölgəsində istehsal olunan Can Top markalı oyuncaqda ciddi təhlükəsizlik pozuntuları aşkarlanıb.
News24.az xəbər verir ki, test nəticələrinə əsasən, oyuncağın tərkibində normadan artıq fitalat kimyəvi maddəsi tapılıb və kiçik hissələri boğulma riski yaradır. Oyuncağın bəzi hissələrinin normadan kiçik olması səbəbilə uşaqlar üçün təhlükəli olduğu bildirilib.
Nazirlik Can Top markalı məhsulun satışını qadağan edib və bütün məhsulların topladılmasını əmr edib. Eyni xüsusiyyətə malik digər məhsullar da nəzarətə götürüləcək. Valideynlərə bu oyuncağı almamaları və varsa, istifadə etməmələri tövsiyə olunur.
Xeyrənsə Piriyeva


