Icma.az
close
up
RU
Bu parad Azərbaycanın gücünü həm dostlara, həm də düşmənlərə göstərdi ŞƏRH

Bu parad Azərbaycanın gücünü həm dostlara, həm də düşmənlərə göstərdi ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb. Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib. Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, "TRT Avaz", "TRT Haber", "A Haber", "Haber Global", NTV televiziya kanalları, "Milliyet", "Hürriyet", "HaberTürk", "Akşam", "Sabah", "Yeni Şafak", "Türkiye Gazetesi", "Kıbrıs Gazetesi" qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib. Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. 

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən "ARN News Centre", "UAE BARQ", "Emarat Al Youm", "Al Bayan", "Sharjah24" və "20Four" portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıb.

Gürcüstanın nüfuzlu "1tv.ge", "24news.ge", "aktual.ge", "interpress.ge" portalları Azərbaycanda Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar.

Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin "Gazeta.ru" nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. "News.ru" Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: "Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər". İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin "Swissinfo.ch" nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb. Rumıniyanın "Ultima-ora" nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Hərbi parad barədə nüfuzlu "Forbes" jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli "Arab News" və digər media qurumları da xəbərlər yayımlayıb. "Forbes" jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, parad təkcə bir hərbi tədbir deyil, həm də xalqımızın qürurunu, dövlətimizin gücünü və qardaşlıq birliyimizin simvolunu əks etdirən tarixi hadisə oldu. Ekspert bildirib ki, paradda edilən çıxışlarda, xüsusilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqində həm xalqa, həm də dünyaya mühüm mesajlar yer aldı:

"Dövlət başçısı 1990-cı illərin əvvəllərində müstəqilliyimizin bərpasından sonrakı dövrdə Azərbaycanın keçdiyi çətin və şərəfli inkişaf yoluna toxundu. Prezident vurğuladığı kimi, dövlətimizin möhkəmlənməsi, ordumuzun güclənməsi və xalqımızın birliyi bu gün əldə edilən nəticələrin əsasını təşkil edib. Qələbənin əsasında dövlətin, ordunun və xalqın bir amalla – torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası məqsədilə birləşməsi dayanır. Bu Zəfərdə qardaş ölkələr, Türkiyənin və Pakistanın mənəvi və siyasi dəstəyi xüsusi rol oynayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə dövründə Azərbaycana göstərdiyi həmrəylik, eləcə də Pakistanın qardaşlıq münasibəti bir daha sübut etdi ki, bu dövlətlər Azərbaycanın ən yaxın müttəfiqləridir".

Analitik qeyd edib ki, bu münasibətlər təkcə dostluq və qardaşlıq əlaqələri deyil, eyni zamanda, regionda sabitlik və əməkdaşlığın əsas dayaqlarıdı. S.Hümbətov bildirib ki, hərbi paradda nümayiş olunan müasir silahlar, yeni qoşun növləri və ordunun yüksək hazırlığı Azərbaycanın müdafiə qüdrətinin hansı səviyyəyə çatdığını bir daha göstərdi:

"Bu parad Azərbaycanın gücünü həm dostlara, həm də düşmənlərə göstərdi. Artıq Azərbaycan 1990-cı illərin zəif dövləti deyil, regionda və dünyada söz sahibi olan qüdrətli bir ölkədir. Parad həm dövlətimizin, həm ordumuzun, həm də xalqımızın birliyinin təntənəsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri