Icma.az
close
up
RU
Bu proses taksi xidmətində ciddi problem yaradır HƏLL YOLU AÇIQLANDI

Bu proses taksi xidmətində ciddi problem yaradır HƏLL YOLU AÇIQLANDI

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Son dövrlərdə taksi xidmətlərində kartla ödənişlə bağlı problemlər həm sərnişinlər, həm də xidmətin keyfiyyəti baxımından aktual məsələlərdən birinə çevrilib. Praktikada tez-tez rast gəlinən hallardan biri odur ki, müştəri tətbiq üzərindən kartla ödəniş seçdiyi zaman sürücülər sifarişi qəbul etmir və ya sifariş uzun müddət cavabsız qalır. Bu problemin yaranması bir neçə iqtisadi, texniki və təşkilati səbəblərlə bağlıdır".

Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri maliyyə məsələləri ilə əlaqədardır:

"Kartla ödəniş zamanı vəsait sürücünün hesabına dərhal deyil, müəyyən müddət sonra köçürülür. Bu isə gündəlik qazancını nağd şəkildə əldə etməyə üstünlük verən sürücülər üçün narahatlıq yaradır. Bundan əlavə, bəzi platformalarda komissiya haqları və ya bank əməliyyat xərcləri də sürücülərin kartla ödənişə marağını azaldır. Digər mühüm amil qeyri-rəsmi gəlir dövriyyəsi ilə bağlıdır. Nağd ödənişlər bəzi hallarda gəlirlərin tam şəkildə qeydiyyata alınmamasına imkan yaradır. Kartla ödəniş isə bütün əməliyyatların şəffaf şəkildə sistemdə əks olunmasına səbəb olur. Bu da bəzi sürücülərin nağdsız ödənişlərdən yayınmasına gətirib çıxarır. Texniki və təşkilati səbəblər də mövcuddur. Bəzi hallarda sürücülərin bank hesabları və ya tətbiqlə inteqrasiya prosesində problemlər yaranır, vəsaitlərin gecikməsi və ya texniki nasazlıqlar etimadı azalda bilir. Digər tərəfdən, platformalar tərəfindən kartla ödənişi seçən müştərilərlə bağlı əlavə motivasiya və ya nəzarət mexanizmlərinin kifayət qədər effektiv olmaması da bu vəziyyətə təsir edir.

Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə tədbirlərin görülməsi vacibdir. İlk növbədə, taksi platformaları kartla ödənişlərin sürücülərin hesabına daha operativ köçürülməsini təmin etməlidir. Eyni zamanda, nağdsız ödənişlər üzrə komissiya siyasətinə yenidən baxılması və sürücülər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi müsbət nəticə verə bilər. Nəzarət mexanizmlərinin gücləndirilməsi də vacibdir. Kartla ödənişi seçən sifarişlərdən sistemli şəkildə imtina edən sürücülər üçün reytinqin aşağı salınması, sifarişlərin məhdudlaşdırılması və ya digər inzibati tədbirlər tətbiq oluna bilər. Paralel olaraq, dövlət qurumları tərəfindən nağdsız ödənişlərin təşviqi, vergi və tənzimləmə mexanizmlərinin sadələşdirilməsi də bu sahədə şəffaflığı artıra bilər. Sərnişin məmnuniyyətinin təmin olunması üçün nağdsız ödənişlərin etibarlı və əlçatan olması müasir şəhər nəqliyyat sisteminin əsas tələblərindən biridir. Rəqəmsal ödənişlərin genişləndirilməsi həm xidmət keyfiyyətini yüksəldir, həm də iqtisadi dövriyyənin şəffaflaşmasına və sektorun daha səmərəli idarə olunmasına şərait yaradır".

Oxunub 46

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri